Ukrayna dronları əraziləri geri qaytarmayacaq FP
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna dronları artıq müharibə qaydalarını yenidən yazıb, lakin onlar qələbə gətirməyəcək.
Axar.az xəbər verir ki, bu barədə “Foreign Policy”də nəşr olunan məqalədə deyilir.
Bildirilib ki, Ukrayna orta mənzilli dronları cəbhə xəttindəki vəziyyətə getdikcə daha çox təsir göstərir və təmas xəttindən çox kənarda Rusiya logistikasına zərbələr endirir. Nəticədə, əvvəllər Rusiya ordusunun təchizatı üçün təhlükəsiz hesab edilən marşrutlar avadanlıq, yanacaq və sursat üçün daimi riskə çevrilir.
Britaniyalı analitik Nik Reynolds qeyd edir ki, bir çox cəhətdən bu dronlar əvvəllər HİMARS kimi sistemlərin tutduğu yeri doldurur.
Qeyd edilir ki, Ukrayna bu cür PUA-ların istehsalını ildə 100.000-ə çatdırmağı planlaşdırır.
Lakin ekspertlər xəbərdarlıq edirlər ki, hətta dronların kütləvi istifadəsi belə avtomatik olaraq işğal olunmuş ərazilərin geri qaytarılması demək deyil:
“Əsas problem eyni olaraq qalır: genişmiqyaslı hücum üçün təkcə dronlar deyil, həm də təlim keçmiş hücum bölmələri, eləcə də düşmən anbarlarına, logistikasına və mövqelərinə eyni vaxtda minlərlə zərbə endirmək bacarığı tələb olunur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 17 İyul 2026 09:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















