Rusiya üçün xüsusi gün: Putin şəxsən nəzarət edəcək
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
“Rusiya Prezidenti Vladimir Putin Donanma Günündə Sankt-Peterburqda olacaq. O, burada dəniz təlimlərinə nəzarət edəcək və admirallardan hesabatlar alacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Dəniz Qüvvələri Gününə təsadüf edən dəniz təlimləri keçiriləcək. Putin təlim atışlarının bir hissəsini izləyəcək və hərbi rəhbərlərimizlə danışacaq”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiyada Hərbi Dəniz Qüvvələri Günü 1939-cu ildən iyulun son bazar günü qeyd edilir.
2017-ci ildən Putinin fərmanı ilə bu bayram şərəfinə Sankt-Peterburqda Baş Dəniz Paradı keçirilir. Bu il təhlükəsizlik məqsədi ilə gəmilərin və yardımçı gəmilərin təntənəli keçidi ləğv edilib.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 27 İyul 2025 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















