Rusiya Ukrayna danışaqları nəticə verməyəcək Zelenski danışıqlardan imtina edə bilər
Sitat.info saytına istinadən Icma.az xəbər verir.
Rusiya ilə Ukrayna arasında İstanbulda keçirilən danışıqların ikinci raundu nəticəsiz başa çatdı. Rusiya öz təkliflər memorandumunu təqdim edib. Rusiya Ukraynadan dörd vilayətdən imtina edilməsini və prezident seçilməsini tələb edir. Burada atəşkəsi və sülhün üzərindən xətt çəkilən əsas tələb məhz Rusiyanın Ukraynadan öz ərazilərindən imtina edilməsidir. Ukrayna Rusiyanın bu təkliflərini qəbul etməyəcək. Həmçinin Qərbdə Rusiyanın bu şərtini alçaldıcı bir şərt olduğunu qəbul edir.
Əgər, Rusiya dörd regiondan Ukrayna qoşunlarının çıxarılmasını tələb edirsə, bu əraziləri Rusiya ərazisi kimi tanınmasını tələb edəcəksə, atəşkəs mümkün olmayacaq. Rusiya bu şərtini növbəti danışaqlarda gündəmə gətirəcəksə, Ukrayna danışaqlardan imtina edə bilər. Görünür, Rusiya Ukraynanın danışıqlardan imtina etməsinə çalışır.
Əgər, Rusiya Ukraynadan ərazilərdən imtina edilməsinin tələbini qüvvədə saxlayacaqsa, müharibə davam edəcək. Qərb kifayət qədər Ukraynaya ciddi hərbi dəstək verəcək. Yay aylarında müharibənin şiddətli şəkildə davam etməsi gözlənilir. Rusiya Ukraynaya qarşı növbəti raketlərlə hücum edəcəyi gözlənilir.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 03 İyun 2025 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















