“Ukrayna Rusiya ilə danışıqları yenidən bərpa edə bilər” Zelenski
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Ukrayna Rusiya ilə danışıqları yenidən bərpa edə bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Telegram” kanalında məlumat yayıb:
“Düşünürəm ki, Rusiya tərəfi ilə danışıqlar raundları bərpa olunacaq. Hazırda əsas məsələ bu müzakirələrin hansı formatda aparılacağıdır. Avropalılar bu prosesin amerikalılarla birgə müştərək xətt üzrə aparılmasının tərəfdarıdırlar və hər kəs eyni zamanda rəsmi Kiyevin təklif etdiyi formatı da dəstəkləyir”.
Qeyd edək ki, iyunun 19-da Ukrayna Prezidenti diplomatik səylər və Rusiyaya təzyiqlərin artırılması hesabına müharibəni qışın gəlişinə qədər başa çatdırmağa ümid etdiklərini bəyan etmişdi. Onun sözlərinə görə, əgər hərbi əməliyyatlar daha bir qış mövsümündə də davam edərsə, Kiyevə xüsusi dəstək paketi – qaz, dizel yanacağı, energetika avadanlıqları və ən azı 300 ədəd hava hücumundan müdafiə (HHM) raketi lazım olacaq. Zelenski həmçinin Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazır olduğunu da vurğulayıb.
Xatırladaq ki, iyunun 16-da Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropa İttifaqı ölkələrinin iştirakı ilə Ukrayna və Rusiya arasında yeni danışıqların bu yay başlaya biləcəyini ehtimal etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 20 İyun 2026 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















