Icma.az
close
up
RU
Rusiya Ukrayna görüşü Türkiyədə keçirilə bilər Politoloqdan ŞƏRH

Rusiya Ukrayna görüşü Türkiyədə keçirilə bilər Politoloqdan ŞƏRH

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Vladimir Zelenskini münaqişənin həlli üçün dialoqu davam etdirməyə səsləyib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Yusif Bağırzadə bildirdi ki, Rusiya-Ukrayna müharibəsinin başlanmasından bəri tərəflər arasında ən səmərəli görüş Türkiyədə baş tutub:

"Faktiki olaraq həmin görüşdə həm Rusiya, həm də Ukrayna müəyyən razılığa gəlinib. Bu anlaşmadan sonra Ukraynadan taxıl tədarükü həm Avropaya, həm də ağır vəziyyətdə qalan, aclıq təhlükəsi ilə üz-üzə duran Afrika ölkələrinə həyata keçirilib. Bundan başqa, məhz Türkiyənin vasitəçiliyi ilə ilk dəfə Rusiya və Ukrayna arasında əsir mübadiləsi də baş verib. Hər iki proses Türkiyənin ərazisində və birbaşa onun vasitəçiliyi ilə reallaşdırılıb. Buna görə də Türkiyənin münaqişənin nizama salınmasında, Rusiya-Ukrayna münasibətlərinin normallaşmasında oynadığı rol danılmazdır. Donald Trampın ABŞ-nin 47-ci prezidenti seçilməsindən sonra ABŞ ilə Türkiyə arasında birinci şəxslər səviyyəsində hələ rəsmi qəbul baş tutmayıb. Nə prezident Ərdoğan ABŞ-yə səfər etmiş, nə də prezident Tramp Türkiyəyə rəsmi səfər etmişdir. Hazırda vəziyyət gərgin olaraq qalır. Belə ki, ABŞ tərəfi dünən bəyan edib ki, Rusiya ilə Ukrayna arasında sülh sazişi ilə bağlı anlaşma əldə olunmur və liderlərin görüşü baş tutmur".

Müsahibimiz əlavə etdi ki, Türkiyə Prezidenti Ərdoğanın hər iki tərəfə təsiri böyükdür:

"Türkiyə Ukraynanın ərazi bütövlüyünü və Krımı onun tərkib hissəsi kimi tanısa, hərbi və maddi dəstək göstərsə də, neytral mövqeyini qoruyub saxlayıb. Bu səbəbdən həm Rusiya, həm də Ukrayna Türkiyə faktorunu qəbul edir. Böyük ehtimalla tərəflərin növbəti görüşü yenidən Türkiyədə keçiriləcək və bu prosesə sonradan ABŞ prezidenti Donald Trampın da qoşulması mümkündür".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Avqust 2025 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri