Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsi ilə bağlı ŞOK SSENARİ Tramp istəyir ki...

Rusiya Ukrayna müharibəsi ilə bağlı ŞOK SSENARİ Tramp istəyir ki...

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-nin yeni prezidenti Donald Tramp bəlkə də Rusiya-Ukrayna müharibəsini 24 saat ərzində bitirmək vədindən imtina edib, lakin onun xüsusi nümayəndəsi Kit Kelloqa savaşı 100 gün ərzində başa çatdırmaqla bağlı tapşırıq verməsi müharibənin dondurulmuş münaqişəyə çevrilməsi riskini artırır.

Hurriyyet.az xəbər verir ki, bu barədə "The Times" yazıb.

Nəşr qeyd edib ki, dondurulmuş münaqişələrin tarixi şanslı olmayıb - silahlı qarşıdurma təhlükəsi aktual olaraq qalır.

Sent-Endryus Universitetinin strateji tədqiqatlar professoru Filips O'Brayenin fikrincə, Ukrayna bu məsələdə şanslı olmalıdır.

"Tramp əslində Ukrayna ilə maraqlanmır. O, müharibəyə son qoyduğuna görə özünü sülhməramlı elan etmək istəyir", - deyə O'Brayen bildirib.

Onun sözlərinə görə, Donald Trampın Rusiyaya qarşı hədələri inandırıcı deyil:

"Tramp Ukraynaya təhlükəsizlik zəmanəti təklif etməyib və özünü vasitəçi kimi göstərir".

Tramp açıq şəkildə bildirib ki, əgər Ukraynada atəşkəs sülhməramlıların iştirakını tələb edirsə, bu məsələ ilə ABŞ və NATO deyil, Avropa məşğul olmalıdır.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Davosda keçirilən forumda qəfil atəşkəs təhlükəsindən danışıb:

"Heç kim sülhü Ukrayna xalqından çox istəmir. Lakin onlar ədalətli və davamlı sülh istəyirlər. Onların istəmədikləri sonradan yenidən alovlana biləcək dondurulmuş münaqişədir".

Ukrayna prezidenti Volodimir Zelenski isə bu mövzuda qeyd edib:

"Ukraynalılar bu ssenari ilə çox yaxşı tanışdırlar. Çünki Ukraynanın şərqində dondurulmuş münaqişə var idi. Minsk razılaşmaları isə onun həllinə gətirib çıxarmadı. Biz Rusiya ilə danışmağa çalışdıq. Amma biz onlardan yalandan başqa heç nə eşitmədik. Biz onlara etibar edə bilmərik".

Müasir dövrdə dondurulmuş münaqişənin ən məşhur nümunəsi Koreya müharibəsidir. Koreya yarımadası cəbhə xətti boyunca bölünüb. Şimali və Cənubi Koreya hələ də müharibə vəziyyətindədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 Yanvar 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri