Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsi Ukraynanın xeyrinə olmayan nəticələrlə başa çatacaq

Rusiya Ukrayna müharibəsi Ukraynanın xeyrinə olmayan nəticələrlə başa çatacaq

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


"Rusiya imperiyası dövlət quruluşunun hansı formada olmasından asılı olmayaraq hər zaman təbəələrinə və vətəndaşlarına "rasxodnıy material" gözündə baxıb. Tarixən bu belə olub. İstər Çar Rusiyası zamanı, istərsə SSRİ zamanında, istərsə də indi. Bu imperiyada digər imperiyalara xas olan ümumi əlamət vardır. Nəyin bahasına olursa olsun ərazisini qorumaq, mümkün olduqca onu artırmaq. Müharibə zamanı yüz minlərlə rus əsgərinin ölməsinə vurğu vuraraq sülh müqaviləsinin bağlanmasına Rusiyanı razı salmağa çalışmaq və bu yöndə təbliğatı qurmaq düşməni tanımamaqdır. ABŞ nümayəndə heyətinin Rusiyadan əliboş qayıtması və ardından Putinin Avropa ilə müharibəyə hazır olmasını bəyan etməsi bu ölkənin mahiyyətini bir daha ortaya qoydu".
Newscenter.az xəbər verir ki, bunları AVP-nin sədr müavini Elçin Ağamalı deyib. O bildirib ki, Rusiya tarixinin yaxın 200 illik dövrünə baxsaq görərik ki, bu ölkə məhz uzun və tükəndirici müharibə taktikası hesabına qalib gəlmişdir:
"Təəssüf ki, Rusiya-Ukrayna müharibəsi də Ukraynanın xeyrinə olmayan nəticələrlə başa çatacaqdır. Bundan sonra qalib tərəf kimi Rusiyanın həm beynəlxalq nüfuzu, həm də dəstəyi artacaqdır. Tarixdən bildiyimiz kimi müharibədən qalib çıxan Rusiya hər zaman quduz it kimi ətrafındakı dövlətlərə təzyiq və hücumlar etmişdir. I Dünya müharibəsindən sonra da, II Dünya müharibəsindən sonra da bu belə olub. Bizim regiona Rusiyanın təsir imkanları Qarabağ müharibəsinin yekunlaşması ilə ciddi şəkildə azalmışdır. Ancaq Ermənistanda mövcud olan revanşist qüvvələr, nəqliyyat və enerji asılılığı bu ölkəni hələ də bölgəmizin zəif halqası edir".
O qeyd edib ki, ölkələrimiz arasında ABŞ-da imzalanmış anlaşmaya uyğun olaraq Ermənistanda aparılan və aparılması nəzərdə tutulan islahatlar, nəqliyyat yollarının açılması, Zəngəzur dəhlizi ilə bağlı aparılan işlər tarixi baxımdan qısa zaman kəsiyində Ermənistanda Rusiyaya meyllənməyi hüquqi cəhətdən qeyri-mümkün edəcəkdir:
"Odur ki, insanlıq baxımından nə qədər doğru olmasa da Rusiya ilə Ukrayna arasında sülh müqaviləsinin imzalanmaması Qafqaz bölgəsinin xeyrinə işləyir".
Süleyman
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 04 Dekabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see187

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see172

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see144

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see136

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see134

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see131

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see125

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see124

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri