Avropa Komissiyası: Rusiya Ukrayna müharibəsi 2026 cı ilin sonunda başa çatacaq
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa Komissiyası Ukraynaya 2026–2027-ci illər üçün maliyyə yardım paketini hazırlayarkən Rusiya–Ukrayna müharibəsinin 2026-cı ilin sonunda başa çatacağı ehtimalı ilə çıxış edib.
APA xəbər verir ki, bu barədə məlumat “Evropa Pravda” tərəfindən açıqlanan Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyenin Avropa İttifaqı ölkələrinin liderlərinə ünvanladığı məktubda yer alıb.
Məktubda Ursula von der Leyen qeyd edir ki, Beynəlxalq Valyuta Fondunun ilkin proqnozlarına əsasən, müharibənin 2026-cı ilin sonunda başa çatması və Aİ-yə üzv dövlətlər, həmçinin beynəlxalq tərəfdaşlar tərəfindən verilən bütün vədlər nəzərə alınsa belə, Ukrayna yenə də böyük maliyyə çatışmazlığı ilə üzləşəcək. Bu çatışmazlığın yeni maliyyələşdirmə cəlb etmədən aradan qaldırılmasının mümkün olmayacağı vurğulanır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 17 Noyabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















