Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsində Türkiyə təsiri: Yekunda nələr olacaq?

Rusiya Ukrayna müharibəsində Türkiyə təsiri: Yekunda nələr olacaq?

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsinin dördüncü ilində münaqişənin sonlandırılması üçün beynəlxalq səylərin artması müşahidə edilir. Diqqəti cəlb edən məqamlardan biri budur ki, Türkiyə bu prosesdə mühüm rol oynamağa başlayıb.

Türkiyənin bu məsələdə rolunu həm ABŞ, həm də Rusiya yüksək dəyərləndirir.

Məhz bununla əlaqədar olaraq son günlərdə ABŞ və Rusiyanın xarici işlər nazirləri Ankaraya səfər edərək danışıqlar prosesi ilə bağlı Türkiyə dövlətini məlumatlandırıb.

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, münaqişənin həlli üçün ABŞ və Rusiya arasında aparılan danışıqlar Türkiyənin vasitəçilik potensialını daha da artırır. 


“Rusiya və ABŞ arasında aparılan son görüşlərdə bir neçə mühüm qərar qəbul edilib. ABŞ və Rusiya münasibətlərin normallaşdırılması üçün məsləhətləşmə mexanizmi yaratmaq istəyir. Münaqişənin hər iki tərəfdə məqbul həllinə nail olmaq üçün yüksək səviyyəli komanda heyəti təyin olunub. Münaqişənin həllində Türkiyənin vasitəçilik rolu xüsusi əhəmiyyət kəsb edir. Türkiyə, Qara dəniz hövzəsindəki geosiyasi maraqları və iqtisadi imkanları nəzərə alaraq, sülh prosesində mühüm vasitəçi ölkə ola bilər. Rusiya və ABŞ bu münaqişənin həlli üçün faydalı əməkdaşlıqda maraqlıdırlarsa, burada Türkiyənin dəstəyi vacibdir”. 


Z. Qarayeva Türkiyənin Ukrayna üçün də faydalı olacağını düşünür. Politoloq sülh danışıqlarında Türkiyə amilinin vacibliyini diqqətə çatdırıb:

“Zelenskinin legitimlik məsələsi gündəmə gətirilir. Zelenskinin legitimliyi məsələsi bu müharibənin mühüm aspektlərindəndir. Danışıqların müəyyən mənada Zelenskinin mövqeyinə uyğun irəliləməsi üçün Türkiyənin dəstəyi də vacibdir. Rusiya Zelenskinin legitimliyini şübhə altına almaq istəyir. Çünki bu, Ukraynanın daxili vəziyyətinə təzyiq göstərmək və onun liderliyini zəiflətmək məqsədi daşıyır. Türkiyə xüsusilə Zelenskinin seçilməsindən sonra Ukraynanın demokratiya və suverenlik hüququnu qorumağa çalışır. Həmçinin, Zelenskinin legitimliyini dəstəkləyərək, onun sülh danışıqlarında iştirakını təmin edə bilər. Bu da münaqişənin diplomatik həllində Türkiyənin rolunu daha da gücləndirir.

Atəşkəsin təmin olunması və müharibənin dayandırılmasında, eləcə də sülh razılaşmalarının hazırlanmasında Türkiyənin rolu böyük olacaq. Türkiyə tərəfləri bir araya gətirərək qarşılıqlı etimad yaratmağa kömək edə bilər. Həmçinin, sülh prosesinin irəliləməsi üçün konkret həllər və əməkdaşlıq təklifləri irəli sürə bilər. Məsələn, təcili humanitar yardımların təmin olunması, təhlükəsizlik məsələlərinin həlli və müharibənin ardınca həyata keçiriləcək iqtisadi normallaşma addımlarının müzakirəsi kimi məsələlərdə Türkiyənin aktiv rol almaq imkanı var”. 


Müsahibimiz qeyd edib ki, Türkiyə-Rusiya münasibətləri bu münaqişənin həllində mühüm rol oynayır. Ekspertin sözlərinə görə, müharibənin yekununda Türkiyə regionda əsas güc sahibi ola bilər: 

“Türkiyə Rusiya ilə güclü iqtisadi və siyasi əlaqələrə sahibdir və bu, münaqişənin həllində mühüm rol oynayacaq. Türkiyə Rusiyanın geopolitik maraqlarını başa düşür və bu maraqlara uyğun olaraq danışıqlarda konstruktiv yanaşmalar təklif edə bilər. Eyni zamanda, Türkiyə, Qərb ilə də sıx əlaqələr quraraq, həm Rusiya, həm də Qərb arasında bir balansa nail ola bilər. Bu balanslı yanaşma Türkiyəyə münaqişənin həllində təsirli bir vasitəçi rolunu oynamağa imkan verir. 

Türkiyənin yerləşdiyi coğrafiya, onun həm Avropa, həm də Asiya bazarlarına açılan bir körpü olması ölkəni mühüm iqtisadi və geosiyasi gücə çevirir. Türkiyə Qara dəniz bölgəsində enerji və ticarət layihələrində liderlik edərək iqtisadi təsirini artırmaq imkanına sahib olacaq. Münaqişənin sülh yolu ilə sona çatması, Türkiyədə yeni infrastruktur layihələrinin həyata keçirilməsinə, investisiya qoyuluşunun artmasına və digər iqtisadi sahələrin inkişafına fürsətlər yaradacaq.

Türkiyə Avropa və Asiya bazarlarına çıxış, xüsusən enerji layihələri və ticarət əlaqələri sahəsində mühüm rola sahibdir. Buna görə də Türkiyə müharibə sonrası regionda infrastrukturun bərpası və investisiyaların cəlb edilməsi ilə bağlı aparıcı ölkələrdən birinə çevrilə bilər. Bu, regionda iqtisadi inkişafın sürətlənməsinə və Türkiyənin beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olacaq”.

Bəsti
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://sfera.az
archiveBu xəbər 25 Fevral 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see166

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see131

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see130

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see127

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see127

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri