Icma.az
close
up
RU
Rusiya Ukrayna müharibəsində nəticə necə olacaq?

Rusiya Ukrayna müharibəsində nəticə necə olacaq?

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynanın paytaxtı Kiyev şəhərinə Rusiya ordusu tərəfindən şiddətli hava hücumları edilir. Hücum nəticəsində paytaxta ciddi ziyan dəyib, bəzi rayonlar bombalanıb. Ümumiyyətlə son günlər Ukrayna cəbhəsində də qarışılıqlı hücumlar daha da artır, Rusiya-Ukrayna savaşı şiddətlənir.

Siyasi şərhçi Turan Rzayev qeyd edib ki, Ukrayna tərəfinin Krıma etdiyi hücum və körpünün vurulması insidentindən sonra Rusiya tərəfinin cavab verəcəyi gözlənilirdi: “Bir məsələ də vardı, Sibir əraziləri də Ukrayna tərəfindən vurulmuşdu. Yəni artıq bu hücumların silsilə xarakter daşıması, Rusiya tərəfinin də cavab əməliyyatı keçirməsini zəruri edirdi. Bu tipli gedişlər danışıqlar prosesi fonunda baş verir”.

O əlavə edib ki, Ukrayna tərəfi başa düşür ki, danışıqlarda artıq geriyə doğru gedir və əlini gücləndirmək, həm də Qərb qarşısında hələ də varlığını sübut etmək üçün bu tipli hücumlar edilir: “Məncə bunların real nəticəsi olmayacaq. Çünki Rusiya-Ukrayna müharibəsinin uzanması Ukraynaya sərf etmir və Qərb cəbhəsində də parçalanmanı daha da artırır. Çünki Avropa İttifaqında müharibə tərəfdarları və əlehdarları olmaqla iki qisim siyasətçilər var. O da təbii olaraq Avropa İttifaqının narazılığını artırır. Yəni prosesin uzanması heç bir halda Ukraynaya sərf etmir və bu tipli hücumlar Rusiyanı daha da aqressivləşdirə bilər”.

“ABŞ Ukraynanı sülhə məcbur etməli olacaq”

T.Rzayev deyib ki, Rusiyanın hücumları daha da sərtləşə bilər: “Danışıqlar prosesi fonunda Rusiyanın hücumlarının intensive xarakter alması ilə ABŞ yenidən prosesə aktiv müdaxilə edəcək və tərəfləri danışıqlar masasına maksimum dərəcədə çəkəcək. Onsuz da danışıqlar davam edir. Amma ABŞ Ukrayna tərəfini yəqin ki, sülhə məcbur etməli olacaq”.

“Rusiya NATO və Qərbə mesaj vermək istəyir”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva bildirib ki, Rusiya psixoloji təzyiq, Ukraynanın hava müdafiəsini tükətmək, NATO və Qərbə mesaj vermək istəyir: “Paytaxt Kiyevin bombalanması yalnız hərbi hədəfləri deyil, əhalinin psixoloji davamlılığını sarsıtmaq məqsədi güdür. Ard-arda intensiv hücumlar Ukraynanın hava hücumundan müdafiə sistemlərini yormaq və ehtiyatları tükətmək strategiyasıdır”.

“O, istədiyi şəhəri vurmaq gücündədir”

Z.Qarayevanın bildirdiyinə görə, Rusiya göstərmək istəyir ki, Qərbin silah dəstəyi Ukraynanı qorumağa yetmir və o istədiyi şəhəri vurmaq gücündədir: “Bəs Ukrayna nə ilə cavab verir? Qarşı-hücumlar artır, Qərb dəstəyinə söykənir. Ukrayna son vaxtlar Rusiya ərazisinə və Krıma dron zərbələri ilə cavab verir. Bu, simvolik olsa da, Rusiya cəmiyyətində təhlükəsizlik narahatlığını artırır. Ukrayna NATO ölkələrindən hava hücumundan müdafiə sistemləri (Patriot, IRIS-T) və uzunmənzilli raketlər tələbini gücləndirir. Kiyevə hücumun intensivləşməsi göstərir ki, Rusiya uzunmüddətli müharibəyə hazırlaşır. Diplomatik masa uzun müddət qurulmayacaq – hər iki tərəf “ərazi üstünlüyü” ilə danışıq masasına oturmaq istəyir. Mülki infrastruktura yönəlmiş hücumlar isə müharibə cinayəti müzakirələrini yenidən aktuallaşdırır və beynəlxalq təpkini gücləndirə bilər”.

Hücumlar artacaq

Politoloq qısa müddətdə atəşkəs gözlənilmədiyini bildirib: “Əksinə, yay aylarında hücumlar artacaq. ABŞ və NATO-nun dəstəyinin intensivləşməsi savaşın regional çərçivədən çıxmasına səbəb ola bilər. Humanitar böhran dərinləşir – metroda gecələyən mülki əhali, müharibənin yalnız cəbhədə deyil, hər evdə yaşandığını göstərir”.

“Münaqişə kritik bir mərhələyə daxil olur”

Politoloq Elman Telmanoğlu çoxkombinasiyalı raket və pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar nəticəsində şəhərin yeddi inzibati rayonunun bombalandığını deyərək əlavə edib ki, gecə boyu səslənən partlayışlar, hava hücumundan müdafiə sistemlərinin fəallığı və minlərlə vətəndaşın metro stansiyalarında gecələməyə məcbur qalması, münaqişənin kritik bir mərhələyə daxil olduğunu göstərir: “Münaqişənin şiddətlənmə səbəbləri, son aylarda həm Rusiya, həm də Ukrayna tərəfindən qarşılıqlı hücumların artması, müharibənin diplomatik həllindən uzaqlaşdığını göstərir. Rusiya ordusunun dərinliklərə yönəlmiş hücumları, xüsusilə Kiyev kimi siyasi və simvolik əhəmiyyət daşıyan şəhərləri hədəfə alması, iki əsas məqsədə xidmət edir: psixoloji və siyasi təzyiq - Ukrayna cəmiyyətində qorxu və yorğunluq yaratmaq, ictimai dəstəyi zəiflətmək. İkincisi isə Qərbə siqnal - NATO və Avropa Birliyi ölkələrinə, xüsusilə də silah və yardım məsələsində tərəddüd edən ölkələrə xəbərdarlıq etmək. Ukraynanın müdafiə strategiyasına gəldik də isə Ukraynanın hava hücumundan müdafiə sistemləri son aylarda ABŞ, Almaniya və digər NATO üzvlərinin dəstəyi ilə gücləndirilsə də, intensiv hava hücumları sistemin həddindən artıq yüklənməsinə səbəb olur. Kiyevin gecə saatlarında dəfələrlə bombalanması, müdafiənin 100% effektiv olmadığını sübut edir. Lakin Ukraynanın xalqın dözümlülüyü və dövlətin koordinasiya qabiliyyəti fonunda göstərdiyi reaksiya, bu müharibənin təkcə hərbi deyil, həm də siyasi və mənəvi cəbhədə aparıldığını ortaya qoyur”.

“Müharibə qlobal miqyasda sabitliyi təhdid edir”

O qeyd edib ki, beynəlxalq reaksiya və geosiyasi təsirlər, iyunun 10-da baş verən hücumlar bir daha göstərdi ki, müharibə yalnız regional yox, həm də qlobal miqyasda sabitliyi təhdid edir: “Bu hücumlardan sonra ABŞ və digər Qərb ölkələrinin yeni yardım paketləri üzərində işləməyə başladığı xəbərləri yayılıb. Eyni zamanda, Çinin neytrallığı və Türkiyənin vasitəçilik səyləri də diqqətlə izlənilir. Artıq Qərb üçün seçim aydındır, Ukraynanı dəstəkləmək, ya da Rusiyanın genişlənmə siyasətinin qarşısını almamaq riskini qəbul etmək. Bu mənada Ukrayna təkcə öz müstəqilliyini deyil, həm də Avropada mövcud olan təhlükəsizlik arxitekturasını qorumağa çalışır”.

“Bu, siyasi və humanitar böhrandır”

Politoloqun sözlərinə görə, bu məqamda ən diqqətçəkən sual müharibənin nəticəsi nə ola bilər, sualıdır: “Bu müharibənin yaxın gələcəkdə sona çatması ehtimalı zəif görünür. Tərəflər arasında kompromis istəyi və siyasi iradə hələlik müşahidə olunmur. Bununla belə, üç mümkün ssenari ehtimal daxilindədir. Birincisi dondurulmuş münaqişə - Tərəflər genişmiqyaslı döyüşləri dayandırır, lakin sülh müqaviləsi imzalanmır. Donbas və Krım məsələsi açıq qalır. İkincisi, diplomatik həll - Qərbin təzyiqi və müharibədən bezmiş cəmiyyətlərin təsiri ilə sülh danışıqları bərpa olunur. Lakin bu ssenari üçün hər iki tərəfdə güzəşt iradəsi olmalıdır. Üçüncüsü, uzunmüddətli eskalasiya - Tərəflər daha da güclü silahlarla savaşı davam etdirir, yeni cəbhələr açılır, itkilər artır. Aqressiv hadisələr fonunda iyunun 10-da Kiyevə edilən hava hücumları Rusiya-Ukrayna müharibəsinin nə qədər təhlükəli mərhələyə keçdiyini göstərir. Bu, sadəcə hərbi strateji deyil, eyni zamanda, siyasi və humanitar böhrandır. Dünya ictimaiyyəti bu münaqişəni diqqətlə izləməli və regional təhlükəsizliyi qorumaq üçün qətiyyətli addımlar atmalıdır. Çünki Ukraynanın taleyi, bütövlükdə Avropanın gələcəyini müəyyən edə bilər”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 İyun 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see767

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see695

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see272

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see255

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see239

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see228

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see226

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see213

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see206

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see191

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see186

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see185

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see184

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see181

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see179

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see178

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see169

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see161

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri