Icma.az
close
up
RU
Rusiya Ukrayna savaşı: 3 il tərəfləri sülhə qovuşdurmadı

Rusiya Ukrayna savaşı: 3 il tərəfləri sülhə qovuşdurmadı

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

13 gündən sonra Rusiyanın Ukraynaya geniş miqyaslı hücuma başlamasının 3 ili tamam olacaq. Moskva “xüsusi hərbi əməliyyat” adlandırdığı bu savaşı uzağı 1 həftəyə uğurla başa çatdıracağını düşünürdü. Lakin ukraynalılar ölkələrinin suverenliyini qorumaq naminə ciddi mübarizəyə qalxdılar.

Rusiya ilə Ukrayna arasındakı müharibə İkinci Dünya müharibəsi bitəndən sonra planetimizdə miqyasına görə ən böyük silahlı qarşıdurmadır. Lakin tarix boyu ən amansız və dağıdıcıı müharibələr belə sonda sülhlə bitir. Böyük ehtimalla bu müharibəyə də son qoyulacaq. Bu, nə vaxt baş verəcək, hələlik heç kim bilmir.

ABŞ Prezidenti Donald Tramp bir daha Vaşinqtonun Ukraynadakı münaqişənin həlli üçün səylər göstərdiyini və bu istiqamətdə artıq müəyyən irəliləyiş olduğunu açıqlayıb: “Biz bu problemi həll etmək üçün çox çalışırıq. Düşünürəm ki, bunun (müharibənin – red.) dayandırılmasını təmin etmək baxımından irəliləyiş əldə edirik”. Donald Tramp onu da qeyd edib ki, Ukraynada müharibənin başlanmasında günahın bir hissəsi keçmiş prezident Cozef Baydenin üzərinə düşür.

Bu, bir həqiqətdir ki, Ağ ev 3 il əvvəl Rusiyanın Ukraynaya hücumunu önləmək üçün ciddi səylər göstərməyib. Üstəlik, münaqişənin ilk mərhələsində Rusiyanı qıcıqlandırmamaq üçün Ukraynaya daha güclü silahlar verməyib.

C.Bayden administrasiyasının əsas hədəfi Rusiyanı müharibəyə cəlb etməklə onu iqtisadi cəhətdən zəiflətmək idi. Vaşinqton Rusiyanın Avropa və Çin ilə geniş iqtisadi əlaqələr qurmasını arzulamırdı. Avropa da Ukraynaya kifayət qədər dəstək verməyib. Bununla bərabər, qeyd etmək lazımdır ki, qeyri-rəsmi məlumatlara görə, Ukrayna tərəfində Avropa ölkələrindən minlərlə könüllü döyüşür.

Son vaxtlar bu qanlı savaşda durum Avropanı daha çox təşvişə salıb. Başa düşürlər ki, Rusiya cəbhədə tam üstünlüyü ələ ala bilər və bu dəfə artıq Şərqi Avropa dövlətləri Moskvanın hərbi maşını ilə üz-üzə qala bilər. Ən böyük təhlükə Polşa və Rumıniya üçün yarana bilər. Moldova isə lap əvvəldən özü üçün belə bir qorxulu ssenarini istisna etmir.

Bu arada Prezident Trampın Ağ evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə yaxın günlər ərzində görüşüb müzakirələr aparacağı barədə xəbərlər yayılıb. Böyük ehtimalla Vaşinqton Ukraynaya hərbi və maliyyə dəstəyini artıracağını elan edəcək. Eyni zamanda, Rusiyaya qarşı daha kəskin sanksiyaların tətbiq ediləcəyi ehtimal olunur.

Rusiya sözdə sülh danışıqlarının əleyhinə çıxmır. Bir çoxları düşünürlər ki, bu, imitasiyadır və Moskva müharibəni uzatmaqda maraqlıdır. Bəzi mənbələr yazırlar ki, Kreml Qərb tərəfindən əlavə sərt şərtlər sürülmədiyi təqdirdə Ukraynaya qarşı savaşı cəbhənin hazırkı təmas xətti boyu dayandırmaq variantı üzərində düşünür. Əslində atəşkəsin elan olunması Avropa və ABŞ-ı təmin edir. Belə ki, Ağ ev Avropada problemləri “qaydaya salıb” Çinə qarşı böyük mücadiləyə hazırlaşır. “Köhnə qitə” isə hər cür məkrli vasitələrlə Rusiyanı özündən uzaqlaşdırıb Qafqaz və Orta Asiyaya yönəltməyə cəhd edir. Makron Fransası bu sahədə xüsusi canfəşanlıq edir.

Yeri gəlmişkən, Volodimir Zelenski bir neçə gün əvvəl britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibədə Rusiya Prezidenti Vladimir Putinlə eyni masa arxasında sülh danışıqlarında iştirak etməyə hazır olduğunu bildirib. “Əgər bu, Ukrayna vətəndaşlarına sülh gətirə biləcəyimiz və insanlarımızı itirməkdən qurtula biləcəyimiz yeganə variantdırsa, biz mütləq buna gedəcəyik”, – deyə Zelenski vurğulayıb. O, Putinə münasibətinin bu məsələdə əhəmiyyətsiz olduğunu vurğulayıb: “Mənim ona münasibətimin nə fərqi var? Mən ona qarşı mehriban olmayacağam. Mən onu düşmən hesab edirəm, açığı, o da məni düşmən hesab edir”.

Zelenski əlavə edib ki, Ukraynanın hazırda Rusiya tərəfindən işğal olunmuş bütün əraziləri geri qaytarmaq imkanı yoxdur, çünki ölkə “hələ nəticəsi qeyri-müəyyən olan bir uğur naminə milyonlarla insanını itirə bilməz”. Bununla belə, o vurğulayıb ki, Kiyev heç vaxt Krım, Donbas, Zaporojye və Xerson vilayətləri üzərində Rusiyanın suverenliyini tanımayacaq.

Bundan əvvəl Putin Zelenskini Ukraynanın legitim prezidenti hesab etmədiyini və onun sülh sazişi imzalaya bilməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, Ukrayna tərəfdən danışıqlarda Ali Radanın sədri iştirak edə bilər. Buna cavab olaraq Zelenski Putinin “danışıqlardan qorxduğunu, güclü liderlərdən çəkinərək müharibəni uzatmağa çalışdığını” söyləyib.

Ən son məlumatlara görə, dünən gecə Rusiya ordusu 151 pilotsuz təyyarədən istifadə edərək Ukrayna ərazisinə hücum edib. Ukrayna tərəfi bildirib ki, hava hücumundan müdafiə qüvvələri Kiyev, Xarkov, Poltava, Sumı Vinnitsa, Jitomir də daxil olduğu 14 regionda 70 “Şahed” pilotsuz uçuş aparatını vurub. Moskva da Ukraynanı onlarla raket və dronlarla Rusiyanın neft emalı zavodlarına hücum cəhdinə görə pisləyib.

Şahbaz ŞAMIOĞLU,
professor, siyasi şərhçi

Bəllidir ki, hər bir ölkənin xarici siyasəti daxili siyasətin davamıdır. Demək istəyirəm ki, Rusiya-Ukrayna müharibəsi təsadüfi başlamayıb. Bu, təhtəlşüurunda imperiyanın bərpasını arzulayan Rusiya cəmiyyətinin sosial sifarişidir.

Rusiya–Ukrayna müharibəsi tərəflər üçün əsl humanitar fəlakətə çevrilib. Düşmənçilik pik nöqtəyə çatıb, rəqiblər bir-birinə qarşı qəddarcasına davranır. Niyyət düşməni taqətdən salmaq, bir növ tükəndirib zəiflətməkdir.

Reallıq budur ki, son 3 il ərzində hər iki ölkə ağır itkilər verib və infrastruktura ciddi zərbə dəyib. Əlbəttə, Ukrayna ərazizisində dağıntılar daha çoxdur. Çünki Kurskda gedən döyüşləri nəzərə almasaq, hərbi əməliyyatlar məhz Ukrayna ərazisində aparılır.

Ağ evin yeni sahibi Donald Tramp müharibəni hələ özünün seçkiqabağı kampaniyası zamanı dayandıracağını vəd edib. Bildirib ki, prezident Co Bayden qətiyyət və prinsipiallıq göstərsəydi, Ukrayna böhranı başlamaya bilərdi. Unutmayaq ki, tarix felin şərt şəklini tanımır. Fakt faktlığında qalır, müharibə artıq başlayıb və günbəgün şiddətlənir.

Son aylar Rusiyanın cəbhənin bir çox istiqamətlərində nisbi üstünlüyü hiss olunur. Moskva Kiyevdə hakimiyyətin dəyişəcəyinə ümid bəsləyir. Eyni arzuda da Kiyev belə bir adekvat arzuda bulunur. Lakin arzu başqa, reallıq başqadır. Dünya bu gün cəngəllik qanunları ilə idarə olunur: kim güclüdür, o da haqlıdır. Təəssüf ki, bu, həqiqətən belədir!

Rusiya-Ukrayna savaşı bir daha göstərdi ki, hazırda planetimizdə beynəlxalq hüquq işləmir, mən deyərdim ki, hətta iflic vəziyyətdədir. Dünyanın super gücləri fürsətgirlik edir, yaranan xaosdan sui-istifadə edərək yaxın və uzaq qonşularından daha çox torpaq və sərvət qoparmağa çalışır. Bu, çox təhlükəli tendensiyadır və bəşəriyyət üçün böyük fəlakətlərə gətirib çıxara bilər.

Dünyanın sülhə böyük ehtiyacı var. Hələlik münaqişələrin həlli mexanizmini tapmaq mümkün olmur. Super güclər – ABŞ, Çin, Avropa İttifaqı və Rusiya heç cür ortaq məxrəcə gələ bilmirlər. Üfüqdə Türkiyəninn liderliyi ilə Böyük Turan boy göstərir.

Ankara digər böyük güclərdən fərqli olaraq, beynəlxalq məsələlərdə daha pozitiv və humanist mövqedən çıxış edir. Bu, isə qısqanclıqla qarşılanır. Rəqibləri hər cür məkrli vasitələrlə Türkiyənin ədalətli mövqeyini gözdən salmağa cəhd edirlər. Ümid edək ki, siyasətçilər, nəhayət, bəşəriyyət qarşısında öz məsuliyyətlərini başa düşəcəklər.

Məsaim ABDULLAYEV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Fevral 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri