Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Rusiya Ukrayna savaşı: diplomatlar fəallaşır

Rusiya Ukrayna savaşı: diplomatlar fəallaşır

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyanın Ukraynaya qarşı apardığı ağır hərbi əməliyyatlar davam etdiyi bir vaxtda diplomatların tərəflər arasında sülhün əldə olunması üçün fəaliyyətə keçmələri hiss olunur. Bu, əlbəttə, müsbət hal kimi dəyərləndirilə bilər.

Son günlər ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və digər dövlətlərin Ukrayna böhranının həlli naminə səyləri razılıq doğurur. Unutmaq olmaz ki, ən kövrək sülh belə “silahların danışması”ndan qat-qat yaxşıdır. Sülhün yolu hamar deyil, çətindir, amma bu, şərəfli missiyadır.

ABŞ Prezidenti Trampın təşəbbüsü ilə 2 gün əvvəl bu ölkənin dövlət katibi Marko Rubio, Ağ evin milli təhlükəsizlik müşaviri Mayk Valz və Birləşmiş Ştatların Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Rusiya rəsmiləri ilə Ukrayna böhranının həlli ilə bağlı müzakirələr aparıblar.

Bu hadisə qlobal medianın diqqət mərkəzindədir. KİV mənsubları qeyd ediblər ki, paytaxtın Diriyah sarayında keçirilən görüş 4 saat yarım çəkib və hər hansı bir sənədin qəbul edilməsi ilə başa çatmayıb. Bununla bərabər, ABŞ və Rusiyanın nümayəndə heyətləri səfirliklər səviyyəsində əlaqələri genişləndirəcəklərini vəd ediblər.

Ər-Riyaddakı görüşün əsas məqsədi Ukrayna böhranının həlli yollarını tapmaqdır. Bu, heç də göründüyü qədər asan məsələ deyil. Ona görə ki, ağır savaşa cəlb olunan tərəflərin sülhlə bağlı planları kəskin ziddiyyət təşkil edir. Ukrayna atəşkəsin elan olunmasına razıdır, amma ABŞ-dan suverenliyi üçün etibarlı zəmanət istəyir.

Moskvanın sülhlə bağlı tələbi isə iddialıdır. Rusiya istərdi ki, NATO 1997-ci il sərhədlərinə qədər geri çəkilsin. Bu tələb rəsmən bəyan edilməyib, amma mediaya sızdırılıb. Tərəflərin öz tələblərini getdikcə “yumşaldacağı” gözlənilir. Diplomatiya qarşılıqlı güzəştlər deməkdir, əks təqdirdə, tarixdə heç bir saziş bağlamaq olmazdı.

ABŞ-ın dövlət katibi Marko Rubio peşəkar diplomatdır. Bu yaxınlarda onun bu posta namizədliyi Senatda, demək olar ki, yekdilliklə təsdiq edilib. Ər-Riyaddakı danışıqlarda ABŞ nümayəndə heyətinə məhz Marko Rubio başçılıq edir. O, jurnalistlərə bildirib ki, Vaşinqton Moskvanın Kiyevə qarşı 3 ildir apardığı müharibəyə son qoymaq üçün “ədalətli” və “davamlı” həll yolu üzərində işləyir, lakin həm Moskva, həm Kiyev sülhə nail olmaq üçün güzəştə getməli olacaqlar.

“Baş diplomat”ın sözlərinə görə, Vaşinqtonun məqsədi bu münaqişəyə ədalətli, daimi, uzunmüddətli və bütün tərəflər üçün məqbul bir şəkildə son qoymaqdır. Rubio sonra vurğulayıb ki, Ukrayna və Avropa ölkələri də müharibəni dayandırmaq üçün danışıqlara cəlb edilməlidir.

Qeyd edək ki, Avropa dövlətləri Ukrayna böhranı ilə bağlı ABŞ–Rusiya danışıqlarına dəvət olunmayıblar və bundan çox narazıdırlar. Ukrayna Prezidenti Zelenski isə dəfələrlə rəsmi Kiyevin razılığı olmadan hər hansı bir müzakirənin nəticələrini qəbul etməyəcəyini bildirib.

Prezident Tramp Ər-Riyadda keçirilən danışıqları “çox yaxşı” adlandırıb. O, rusiyalı həmkarı Putinlə görüşünün fevralın sonuna qədər baş tuta biləcəyini də qeyd edib. Lakin bu məsələ ilə bağlı əlavə şərh verməyib.

Kremlin sözçüsü Dmitri Peskov hesab edir ki, Ər-Riyadda ABŞ və Rusiya diplomatları Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması istiqamətində çox mühüm addım atıblar. “Hər iki tərəfdən lazımi siyasi iradə nümayiş etdirilib”, – deyə o, bildirib.

“Reuters” xəbər verir ki, Fransa Ukrayna və Avropanın təhlükəsizliyi ilə bağlı ikinci təcili sammit keçirməyi planlaşdırır. Bu dəfə sammitə Avropanın daha çox ölkəsi (Norveç, Litva, Estoniya, Latviya, Çexiya, Yunanıstan, Finlandiya, Rumıniya, İsveç və Belçika) və NATO müttəfiqi olan Kanada da dəvət olunub. Həmçinin agentlik bəzi ölkələrin sammitə onlayn qoşula biləcəyini istisna etməyib.

Ukrayna böhranının həlli üçün Türkiyə yenidən öz xidmətini təklif edir. Yeri gəlmişkən, fevralın 18-də Prezident Zelenski Ankarada rəsmi səfərdə olub. Prezident Ərdoğan və ukraynalı ali qonaq böhranın aradan qaldırılması ilə bağlı geniş müzakirələr aparıblar. Danışıqlardan sonra liderlər mətbubata birlikdə vacib açıqlamalar veriblər.

Türkiyə Prezidenti deyib ki, onun ölkəsi müharibənin sülh yolu ilə bitməsi üçün Ukrayna, Rusiya və ABŞ nümayəndə heyətləri arasında növbəti mümkün danışıqlar üçün ən uyğun məkansır. Ankara bu məsələdə tərəflərə tam dəstək verməyə hazırdır.

R.T.Ərdoğan vurğulayıb ki, çox sayda insan itkisinə səbəb olan Rusiya–Ukrayna müharibəsinə son qoymaq üçün tərəflər, ilk növbədə, təcili surətdə atəşkəs elan etməlidirlər. “Sülhdə uduazan olmur”, – deyib Ərdoğan. “Dünya ictimaiyyəti hər iki dövlətin rəhbərindən müharibəni bitirmələrini istəyir”.

Ankara Ukraynada ağı döyüşlərin başladığı ilk gündən tərəflər arasında sülh danışıqlarının aparılması üçün səylər göstərib. Yəqin ki, xatırlayırsınız, Rusiya və Ukrayna nümayəndə heyətləri 2022-ci ilin mayında İstanbulda bir araya gəlmişdilər. O zaman tərəflər sülhə də çox yaxın olublar. Amma Qərbdə müəyyən güclər buna mane oldular.

Qeyd etmək lazımdır ki, Ankara Rusiya tərəfindən hərbi müdaxiləyə məruz qalan Kiyevə hərtərəfli dəstək göstərir. Türkiyə Qara dəniz vasitəsilə Ukrayna taxılının dünya bazarlarına çatdırılmasını təmin edib. Ukrayna dövləti bunu unutmur. Prezident Zelenski bu faktı minnətdarlıq hissilə xatırladıb.

Müharibənin yaratdığı çətinliklərə baxmayaraq, ötən il Türkiyə ilə Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 10 milyard dolara çatıb. Türkiyə şirkətləri müharibə bitəndən sonra Ukraynada aparılacaq geniş tikinti-quruculuq və bərpa işlərində də fəal iştirak etməyə hazırdır.

R.T.Ərdoğan Krım tatarlarının hüquqlarını cəsarətlə müdafiə etdiyi üçün Zelenskiyə minnətdarlıq edib. Ukrayna dövləti bir müddət əvvəl Bəşər Əsəd rejimini devirən Suriya xalqına təmənnasız olaraq 30 min ton taxıl yardımı göndərib. Bu humanist jest rəsmi Ankarada məmnunluq doğurub.

Prezident Zelenski Ankaradakı çıxışında ölkəsinin ərazi bütövlüyünü birmənalı olaraq dəstəklədiyi üçün Türkiyə dövlətinə və xalqına, eləcə də “əziz dostum və qardaşım” deyə müraciət etdiyi Prezident Rəcəb Tayyib Ərdoğana dərin minnətdarlıq edib. Vurğulayıb ki, Ukrayna xalqının azad, sülh şəraitində yaşayıb-yaratmaq haqqı var. Ttürk xalqının problemin həllində haqqı və ədaləti dəstəkləməsi Ukraynanın gücünü daha da artırır.

Dünən Belçikanın müdafiə naziri Teo Franken bildirib ki, onun ölkəsi müəyyən şərtlərlə Ukraynaya qoşun göndərməyə açıqdır. Onun sözlərinə görə, regionda asayişi qorumaq üçün hərbçilərin göndərilməsi yalnız Rusiya və Ukrayna arasında sülh müqaviləsi bağlandıqdan sonra mümkündür. Bundan əvvəl isə Böyük Britaniya Ukraynaya hərbi qüvvələr göndərməyə hazır olduğunu bildirmişdi.

Ukraynaya dəstək verənlər yüksək humanizm prinsiplərindən çıxış edirlər. Bu, alqışa layiq haldır. Lakin el arasında belə bir deyim var: yüz mamaça yığışsa da, əsas güc doğana düşür. Etiraf edək ki, savaşın əsas ağırlığı qəhrəman Ukrayna xalqının üzərinə düşür. Bu xalq özündən qat-qat güclü olan bir dövlətin hərbi maşını ilə ölüm-dirim mücadiləsi aparır və geri çəkilmir.

Məsaim ABDULLAYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see608

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see280

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see273

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see263

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see255

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see248

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see245

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see228

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see223

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see222

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see215

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see213

İqtisadiyyat naziri Berlindəki hoteldə ölü tapıldı

05 Noyabr 2026 00:45see201

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Noyabr 2026 00:39see198

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see190

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see189

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see188

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see175

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see175

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri