Icma.az
close
up
RU
Rusiya Ukrayna savaşında kompromis ehtimalı zəifləyir ŞƏRH

Rusiya Ukrayna savaşında kompromis ehtimalı zəifləyir ŞƏRH

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Hər iki ölkənin taleyini cəbhədəki vəziyyət həll edəcək”

Müharibəni dayandırmaq üçün Ukrayna və Rusiya liderləri sülh danışıqlarına hazır olmalıdır”. Bu barədə NATO baş katibi Mark Rutte deyib. Baş katib bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski belə danışıqlara hazırdır, o, danışıqlar masasına oturmağa can atır. Amma Rusiya Prezidenti Vladimir Putin buna hazır deyil”. Rutte əlavə edib ki, bu kontekstdə Ağ Ev müharibəyə son qoymaq cəhdlərində böyük rol oynayır: “Mən həmişə ABŞ-nin mövqeyinə müsbət yanaşmışam”.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi davam etdikcə, Qərb daxilində münaqişəyə yeni siyasi və strateji yanaşmalar formalaşmağa başlayıb. Xüsusilə ABŞ lideri Donald Trampın Ukrayna məsələsinə baxışı həm Avropa paytaxtlarında, həm də Kiyevdə ciddi narahatlıq yaradıb. Fransa, Almaniya və Böyük Britaniya Ukraynaya dəstəyin davam etdirilməsi üçün diplomatik fəallıqlarını artırarkən, Vaşinqtonun Rusiyaya qarşı daha sərt addımlar atmasına çalışırlar.

Avropa liderləri yaxşı anlayırlar ki, ABŞ dəstəyinin azalması Ukraynanın müdafiə imkanlarına ciddi təsir göstərə bilər. Bu səbəbdən Avropa ölkələri Tramp administrasiyasını Rusiyaya qarşı daha sərt addımlara təşviq etməyə çalışırlar.

Rusiya-Ukrayna müharibəsi ətrafında yaranmış mövcud vəziyyəti şərh edən Milli Cəbhə partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında müharibə fonunda geosiyasi böhranın dərinləşdiyini deyib. Onun sözlərinə görə, hazırkı mərhələdə tərəflər arasında kompromis ehtimalı zəif görünür və bu da münaqişənin uzunmüddətli xarakter alacağını göstərir:

“Proses çoxdan regional çərçivədən çıxaraq qlobal güclər arasında strateji qarşıdurma xarakteri alıb. Rusiya Ukraynada son bir il ərzində ciddi irəliləyiş əldə edə bilmir. Tərəflər arasında təmas xəttində əsasən mövqe döyüşləri gedir. Rusiya Donbasın tam inzibati sərhədlərinə çıxmaq məqsədinə nail ola bilməyib. Ukrayna isə cəbhə xəttində müəyyən taktiki üstünlüklər əldə edərək Rusiyanın irəliləyiş tempini zəiflədib.

Krım istiqamətində Ukraynanın artan hərbi təzyiqi Rusiyanın yarımadadakı hərbi qüvvələrinin təchizatında çətinliklər yaradır. Eyni zamanda, həm cəbhə xəttində, həm də arxa cəbhədə Rusiya ciddi itkilərlə üzləşir. Ukrayna Rusiyanın neft-qaz infrastrukturu və hərbi-sənaye obyektlərinə zərbələr endirməklə Moskvanın iqtisadi və hərbi potensialına təsir göstərməyə çalışır.

Rusiyanın Kiyevə raket hücumlarına cavab olaraq Ukraynanın Rusiya ərazisindəki enerji və neft emalı obyektlərini hədəfə alması müharibənin yeni mərhələyə keçdiyini göstərir. Bu, tərəflər arasında qarşılıqlı çəkindirmə elementlərinin gücləndiyini nümayiş etdirir”.

Ekspertin sözlərinə görə, Ukraynanın müdafiə imkanlarının güclənməsində Qərb ölkələrinin hərbi, maliyyə və siyasi dəstəyi mühüm rol oynayır:

"Ukrayna prezidentinin Londonda Fransa, Almaniya və Böyük Britaniya liderləri ilə keçirdiyi görüşlərdə Ukraynaya dəstəyin artırılması və Rusiyaya qarşı əlavə təzyiq mexanizmləri müzakirə olunub. G7 ölkələri də Ukraynaya hərbi dəstəyin davam etdirilməsi və Rusiyaya qarşı siyasi-iqtisadi yeni sanksiyaların tətbiq edilməsinə razılaşdılar. Rusiya ilə ABŞ arasında Ukrayna müharibəsinin nizamlanmasına dair aparılan danışıqlar ciddi nəticə vermədi. Çünki , Böyük Britaniya və Avropa İttifaqı Ukraynaya tam dəstək verməklə, iki ölkənin sövdələşməsinin qarşısını aldılar. Bununla yanaşı, gələcəkdə Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında birbaşa danışıqların keçirilməsi mümkündür. Müharibənin taleyini isə ilk növbədə cəbhədəki vəziyyət və tərəflərin siyasi iradəsi müəyyən edəcək”.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 İyun 2026 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri