Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Rusiya və Ukrayna arasında sülhün əldə olunması ehtimalı artarsa... ŞƏRH

Rusiya və Ukrayna arasında sülhün əldə olunması ehtimalı artarsa... ŞƏRH

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətin iclasından sonrakı çıxışında Rusiya və Ukraynaya çağırış edib.

Bakıvaxtı.az-ın məlumatına görə, Ərdoğan deyib ki, tərəflər 2022-ci ilin mart ayında sülhə çox yaxın idilər. Lakin bəzi güclərin müdaxiləsi səbəbindən sülh razılaşması alınmayıb.

"Bütün tərəflərin etimadını qazanmış yeganə ölkə kimi müzakirələrə töhfə verməyə hazırıq. Müzakirələrə ev sahibliyi etmək bizi sevindirər. Son təmaslarla yeni fürsət pəncərəsinin açıldığını görürük", - deyə Türkiyə prezidenti bildirib.

Mövzu ilə bağlı politoloq Kənan Novruzov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, mövcud vəziyyətdə ABŞ və Türkiyənin Ukrayna münaqişəsi ilə bağlı mövqeyində oxşarlıq çoxdur.

Onun sözlərinə görə, bu, sülh razılaşmasının əldə olunmasını tezləşdirə bilər:

"Türkiyə 2022-ci ildən etibarən bir vasitəçi kimi, Rusiya-Ukrayna danışıqlarının müzakirəsinə daxil olub. 2022-ci ildəkindən fərqli olaraq, bu dəfə Türkiyə və ABŞ-nin mövqeyi bir-birinə daha yaxındır. 2022-ci ildə ABŞ-də hakimiyyətdə Demokratlar idi və onlarla rəsmi Ankaranın mövqeyi uzlaşmırdı. Nəticədə Türkiyənin işi çətinləşirdi. Lakin indi vəziyyət dəyişib. Görünən odur ki, Tramp müharibənin bitməsi üçün səmimi səylər nümayiş etdirir".

K.Novruzov qeyd edib ki, Trampın Ukrayna və Rusiya arasında sülh razılaşmasının tezliklə əldə olunmasına can atmasının bir sıra səbəbləri var. Tramp, ilk növbədə, Rusiya ilə münasibətləri bərpa etmək istəyir.

Kənan Novruzov: ABŞ və Türkiyənin Ukrayna münaqişəsi ilə bağlı mövqeyində oxşarlıq çoxdur

"Digər tərəfdən, Tramp müharibə bitəndən sonra Ukraynaya investisiya qoymaq niyyətindədir. Həmçinin Ukrayna münaqişəsindən sonra öz diqqətini Yaxın Şərqə yönəltməyi planlaşdırır. Bunu ABŞ kimi, Türkiyə də istəyir. Ona görə də ABŞ və Türkiyənin öz səylərini birləşdirməsi gözləniləndir. Hətta bunun üçün bir fürsət pəncərəsi yaranıb. Lakin hələ də müharibənin bitməsində maraqlı olmayan, münaqişənin genişlənməsini istəyən qüvvələr var. Xüsusən də Avropa ölkələri bu məsələdə maraqlıdır. Çünki müharibə bitərsə, Rusiya psixoloji üstünlük əldə edəcək. Bu isə Rusiyaya qonşu olan Avropa ölkələri üçün bir təhdiddir", - deyə müsahibimiz vurğulayıb.

Rusiya və Ukrayna arasında sülh sazişinin əldə olunması ehtimalı artarsa, Avropanın atacağı addımları şərh edən Kənan Novruzov hesab edir ki, bu halda Avropa ölkələri və xüsusilə Fransanın müharibənin uzanması ilə bağlı səyləri güclənəcək. Belə ki, Ukraynaya dəstək artıra bilər, Rusiyaya qarşı təzyiqlər isə daha da arta bilər.

Gülşən Şərif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 14 May 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see943

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see521

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see374

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see339

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see302

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see288

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see282

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see277

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see256

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see256

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see255

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see244

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see239

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see236

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see236

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see219

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see216

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see203

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri