Icma.az
close
up
RU
Rusiya Ukraynadan sonra bu ölkəyə hücum edə bilər Tükəndirmə savaşı başlayır

Rusiya Ukraynadan sonra bu ölkəyə hücum edə bilər Tükəndirmə savaşı başlayır

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

⁠

Almaniya kansleri Fridix Merz daha əvvəlki çıxışlarında ölkəsinin Ukraynaya qoşun göndərmək niyyətində olduğunu bildirirdi. Lakin son günlər bu mövqeyində kəskin dəyişiklik müşahidə olunur. O belə bir ssenarini ümumiyyətlə istisna edib və Qərbin prosesdə bu şəkildə iştirakına qarşı çıxıb.

Almaniyanın cəsarətli çıxışlardan sonra geri addım atmasının səbəbi nədir? Kiyevin müttəfiqləri bu formada yaxın zamanda tamamilə onu taleyin ümidinə buraxa bilərmi?

Globalinfo.az-a danışan siaysi şərhçi Şəhla Cəlilzadə deyib ki, ⁠ Avropa xüsusi xidmət orqanlarının hesablamalarına görə, qarşıdakı 3-5 ildə, bəlkə daha tez Rusiya Ukraynanı tam zəiflətdikdən sonra NATO Nizamnaməsinin 5-ci maddəsinin işləkliyini test edə bilər:

“Yəni Rusiyanın Ukraynanı məğlub etdikdən sonra NATO üzvü olan ölkələrə hücumu qarşıdakı dövr üçün gözləniləndir. Təşkilatın nizamnaməsinin 5-ci maddəsinə görə isə bir NATO ölkəsinə hücum bütün üzvlərə hücum hesab edildiyi üçün kollektiv təhlükəsizliyin təmini mexanizmi işə düşməlidir. Bu isə potensial olaraq Avropa və ABŞ-ın da Rusiya ilə birbaşa açıq müharibəyə daxil olması, yəni III Dünya müharibəsi deməkdir.

Həmçinin oxuyun:

Avropadan Rusiyaya 20 və 21-ci zərbə gəlir – Nələr dəyişəcək?

Avropa hələ ki buna hazır deyil. ABŞ da, Avropa da bu ssenarinin reallaşmasına imkan verməyəcək. Odur ki, ABŞ-ın və Avropanın bütün yardımları Ukraynanı tam məğlubiyyətdən qorumaqla müharibəni uzatmağa, Rusiyanın resurslarını tükətməyə, müharibənin öz qapılarına çatmasına imkan verməməyə hesablanıb. Elə bu hesablamalardan yola çıxan Almaniya Kansleri Ukraynada müharibənin uzun müddət davam edəcəyini, əks təqdirdə “sabahkı gün növbə bizə çata bilər” deyə bildirib. Başqa ifadə ilə ABŞ və Avropa Ukraynanın Rusiya qarşısında hərbi müdafiəsini təşkil etməsi üçün tam dəstək verəcək, lakin müharibə bitməmiş Ukraynaya başqa heç bir hərbi-təhlükəsizlik vədi verilməyəcək.

Şəhla Cəlilzadə

Ukraynaya vəd olunan təhlükəsizlik zəmanətləri isə yalnız Rusiya və Ukrayna arasında davamlı atəşkəs, yaxud sülh razılaşmasından sonra mümkündür. Lakin bu, Ukraynanın ərazi güzəştləri hesabına mümkündür. Kiyev isə heç bir güzəştə getməyəcəyini bəyan etməklə, müharibənin uzanacağını aydın şəkildə ifadə edir. Belə olan halda, Rusiyaya qarşı Ukraynanın əli ilə “tükəndirmə müharibəsi”ndə Avropa və ABŞ da dəstəyinə davam edəcəyi aydındır”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:249
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 02 Sentyabr 2025 11:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri