Icma.az
close
up
RU
“Rusiya bu müharibəni “tükəndirmə müharibəsinə” çevirə bilib” Aqil Rüstəmzadə

“Rusiya bu müharibəni “tükəndirmə müharibəsinə” çevirə bilib” Aqil Rüstəmzadə

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

“Rusiya bu müharibədə Ukraynanın tam kapitulyasiyasını hədəfləyir. Moskva üçün müharibənin son məqsədi Ukraynanın təslim olmasıdır. Onlar üçün 15, 20, hətta 25 faiz əraziyə nəzarət yetərli deyil. Rusiya bütün Ukraynanı istəyir”.

“AzPolitika” xəbər verir ki, bunu hərbi ekspert Aqil Rüstəmzadə deyib.

Ekspert qeyd edib ki, Ukrayna ordusunun qəhrəmanlıqla müqavimət göstərməsinə baxmayaraq, Rusiya bu müharibəni öz xeyrinə “tükəndirmə müharibəsinə” çevirə bilib: “Bu format daha iri və daha az həssas olan təcavüzkar üçün əlverişlidir. Ukraynanın resursları getdikcə tükənir. Silah və sursat təchizatı isə Qərbin verdiyi vədlərə uyğun deyil - ləng və fasilələrlə baş tutur”.

O, xüsusilə Ukraynada insan resursu problemini önə çəkib: “Cəbhədə və arxada - həm iqtisadiyyatın, həm də cəmiyyətin işləməsi üçün vacib olan çoxlu sayda ukraynalı kişi ya ölkəni tərk edib, ya da ölkə daxilində gizlənir”.

Aqil Rüstəmzadənin fikrincə, Qərb hələ də müharibənin gedişatını dəyişəcək real strateji dəstək verməyib: “Bu vəziyyət davam etdikcə təşəbbüs Kreml tərəfdə qalır. Təəssüf ki, zaman Rusiyanın xeyrinə işləyir, ona qarşı yox”.

Ekspert qeyd edib ki, bu gün Rusiya ordusunun imkanları tükənməyib və onun döyüş qabiliyyəti yalnız hərbi güclə deyil, həm də iqtisadi və maliyyə imkanları ilə ölçülür: “Müharibənin dördüncü ilində olmağımıza baxmayaraq, sanksiyalar hələ də Rusiyanın iqtisadi və maliyyə imkanlarını ciddi şəkildə sarsıda bilməyib. Rusiya iqtisadiyyatı itkilərə baxmayaraq işləməkdə davam edir. Neft, qaz və digər resursların satışından gəlirlər axır”.

Ekspert belə bir sual verir: “Əgər iqtisadiyyat hələ də işləyirsə və gəlir gətirirsə, niyə onlar Donal Trampın “yaxşı oğlan” kimi görünmək istəyi xatirinə sülh razılaşmasına getsinlər.” Rüstəmzadə hazırda Ukrayna müharibəsində strateji tarazlıq yarandığını qeyd edib: “Bu, yalnız cəbhə ilə bağlı deyil, həm də istehsal gücləri baxımındandır. Ukrayna canlı qüvvə çatışmazlığı ilə üzləşsə də, bunu dronların kütləvi tətbiqi ilə kompensasiya etməyə çalışır”.

Onun sözlərinə görə, artıq yalnız hava deyil, həm də yerüstü döyüş dronları döyüşlərə cəlb edilir: “Məsələn, pulemyotlarla təchiz olunmuş yerüstü idarə olunan dronlar mövqelərə çıxarılır və bu müdafiə müharibəsində böyük rol oynayır”.

Ekspert bildirir ki, hazırda nə Rusiya, nə də Ukrayna üstünlük əldə edə bilib: “Heç bir tərəf - nə Rusiya, nə də Ukrayna üstünlük əldə etməyib. Heç biri güc mövqeyindən şərtlər irəli sürə bilmir. Adətən, danışıqlar bir tərəf güzəştə getməyə hazır olduqda, digər tərəf isə təzyiq etdikdə başlayır. İndi isə belə vəziyyət yoxdur”.

Onun sözlərinə görə, Rusiya hazırda səfərbərliyi gücləndirir və ümid edir ki, payıza qədər Ukrayna güzəştə getməyə hazır olacaq.

Aqil Rüstəmzadə hesab edir ki, vəziyyətin taleyi Qərbdən, yalnız ABŞ-dən deyil, bütövlükdə “kollektiv Qərb”dən asılı olacaq: “Müharibə dördüncü ilə qədəm qoyub. Məsələn, Yaponiya hələ də Rusiya qazının ən iri alıcılarından biridir. Bu kimi məsələlərdə müəyyən tədbirlər görülə bilərdi”.

Ekspert hesab edir ki, ABŞ və Böyük Britaniyanın dəniz gücləri və logistikaya təsir imkanları var və onlar Rusiyanın enerji sektoruna ciddi zərbə vura biləcək sanksiyalar tətbiq edə bilərdilər: “Sıxılmış qaz əsasən dənizlə daşınır. Onu ya tam dayandırmaq, ya da ciddi şəkildə məhdudlaşdırmaq mümkündür. Rusiya pul axınının dayandığını hiss etsə, müharibəni davam etdirməsi daha çətin olar. Amma hələlik belə addımlar müşahidə olunmur”.

O xatırladır ki, bu yaxınlarda Qərbin 17-ci sanksiya paketi qəbul olunub: “Bəli, 17-ci sanksiya paketi haqqında danışılır. O, mayın 14-də qəbul edilib. Amma bu, hələ kifayət etmir”.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 May 2025 08:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri