Icma.az
close
up
RU
Rusiya Ukraynanı “daha bir Belarus”a çevirmək istəyir MTİ

Rusiya Ukraynanı “daha bir Belarus”a çevirmək istəyir MTİ

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Kreml ABŞ və Avropanı Ukraynaya təhlükəsizlik zəmanətləri verməməyə inandırmaq üçün yeni arqumentlər axtarır və əsas məqsəd ölkəni Rusiyaya yaxın, Belarus kimi marionet tipli dövlətə çevirməkdir.

Bizimyol.info xəbər verir ki, bunu Müharibənin Tədqiqi İnstitutu (MTİ) analitikləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun "Russia Today" kanalına verdiyi müsahibəni şərh edərkən bildirirlər.

Lavrov "RT"yə açıqlayıb ki, Rusiya üçün “uzunmüddətli, əbədi qonşu” olaraq yalnız “dost” Ukrayna variantı mümkündür: bu ölkə “mütləq alyansda olmamalıdır”, amma “neytral və səmimi dost” olmalıdır.

Analitiklərin qeyd etdiyi kimi, Lavrovun bu açıqlaması Rusiyanın müharibə zamanı Ukraynanın “neytrallığı” ilə bağlı ilkin tələblərinə əlavə şərtləri göstərir və Rusiyanın Ukraynanı fiziki olaraq bütün ərazisini idarə etməsə belə, marionet dövlətə çevirmək istədiyini ortaya qoyur.

MTİ vurğulayır ki, Lavrovun Ukraynanın müharibədən sonrakı dövrdə “dost” və “səmimi” olmasını tələb etməsi, əslində Rusiyanın yalnız Rusiya tərəfdarı hökumət tərəfindən idarə olunan və Rusiya yönümlü siyasət aparan Ukraynanı qəbul edəcəyini göstərir: “Görünür, Rusiya Ukraynanı daha bir Belarusa çevirmək niyyətindədir. Belarus faktiki olaraq Rusiyanın nəzarəti altındadır, baxmayaraq ki, ölkə hələ də öz sərhədlərini və hökumətini saxlayır”, - deyə MTİ-nin şərhində bildirilir.

Bundan əlavə, Lavrov müsahibədə Ukrayna üçün Qərbin təhlükəsizlik zəmanətlərini yenidən rədd edib və davam edən atəşkəs variantını qəbul etməyib. O: "Qərb belə atəşkəsdən Ukraynaya silah tədarükü üçün istifadə edəcək", - deyə iddia edib.

MTİ analitikləri bildirir ki, son aylarda Kremlin rəsmiləri Qərbin təhlükəsizlik zəmanətləri ilə bağlı eyni ritorikanı təkrarlayıblar, bu zəmanətləri “Rusiyanın qəbul edə bilməyəcəyi” adlandırıblar və Ukraynada xarici qoşunların yerləşdirilməsini “Rusiyanın qanuni məqsədləri” kimi təqdim ediblər.

Analitiklərin qənaətinə görə, “görünür, Kremlin məqsədi Qərbin təhlükəsizlik zəmanətlərini rədd etmək üçün yeni arqumentlər tapmaq və ABŞ ilə Avropanı buna inandırmaqdır”.

Ukrayna mətbuatı xəbər verir ki, Prezident Zelenski işğal altındakı Ukrayna torpaqlarının statusunu dəyişən heç bir sənəd imzalamayacağını və müvəqqəti işğal olunmuş əraziləri Rusiya torpaqları kimi tanımayacağını bəyan edib.

Eyni zamanda, Prezident bildirib ki, atəşkəs şərtləri tam aydındır və 20 maddədən ibarət planla müəyyən olunub. O, xüsusilə vurğulayıb ki, ABŞ “sülh razılaşması”nı imzalamazdan əvvəl təhlükəsizlik zəmanətlərini təmin etməlidir.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Fevral 2026 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see328

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see328

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see325

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see265

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see259

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see257

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see255

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see251

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see250

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see237

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see215

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see209

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see209

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see208

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see208

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see205

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see205

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see203

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri