Icma.az
close
up
RU
Tramp Ukraynanı Rusiyanın deyil, Amerikanın qurbanına çevirmək istəyir AKTUAL

Tramp Ukraynanı Rusiyanın deyil, Amerikanın qurbanına çevirmək istəyir AKTUAL

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini Ukraynada prezident seçkilərini keçirməkdən imtina etdiyi üçün diktator adlandırıb. Tramp bununla bağlı öz “Truth” hesabında paylaşım edib. “Bir düşünün: yüksək dərəcədə uğurlu komediya ustası Volodimir Zelenski qalib gələ bilməyəcəyi və heç vaxt başlamamalı olduğu müharibə üçün ABŞ-ı 350 milyard dollar xərcləməyə inandırdı. ABŞ və Tramp olmadan o bu münaqişəni heç vaxt həll edə bilməyəcək. ABŞ bu müharibəyə Avropadan 200 milyard dollar çox xərcləyib. Avropaya pulun geri qaytarılmasına zəmanət verilib, ABŞ isə əvəzində heç nə almır. Yuxulu Co Bayden niyə ədalətli olmadı? Hərçənd ki, bu müharibə Avropa üçün bizdən daha vacibdir. Bizi ayıran böyük və gözəl okeanımız var. Bundan əlavə, Zelenski etiraf edir ki, ona göndərdiyimiz pulun yarısı itib. O, seçki keçirməkdən imtina edir. Ukrayna sorğularında onun reytinqi çox aşağıdır. Onun uğur qazandığı yeganə şey Baydeni skripka kimi ifa etməkdir. Seçkisiz diktator. Zelenski tələssə yaxşıdır. Əks halda onun ölkəsi qalmayacaq. Həmçinin onu da deyə bilərəm ki, biz Rusiya ilə müharibəyə son qoymaq üçün uğurla danışıqlar aparırıq. Hamı bunu yalnız Tramp və Tramp administrasiyasının edə biləcəyi fikrindədir. Bayden cəhd belə etmədi. Avropa sülh gətirə bilmədi.Zelenski isə yəqin ki, maliyyə axınının davam etməsini istəyir. Mən Ukraynanı sevirəm. Amma Zelenski dəhşətli iş görüb, ölkəsi dağıdılıb, milyonlarla insan boş yerə ölüb və bu davam edir...”, - Tramp yazıb.


Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, Tramp hakimiyyətə gəldikdən sonra Ukraynanın təbii sərvətlərinin Amerikanın idarəedilməz mexanizməsinə verilməsini tələb etdi:


“Ukrayna tərəfi isə haqlı olaraq öz milli maraqlarından çıxış edərək sərvətlərini Amerikaya vermək istəmədi. Buna görə də Zelenski Amerikanın sözügedən istəyinə yox cavabı verdi. Əgər Zelenski həmin təkliflə razılaşsa idi, Trampın hazırda Zelenski əleyhinə atdığı addımları deyil, əksinə Vladimir Putinə qarşı hərəkətə keçəcəyini görəcəkdik. Yəni Tramp tərəfindən tamamilə Zelenskiyə qarşı düşmən siyasəti aparılır. Artıq Donald Tramp Zelenskini prezident kimi görmək istəmir, çünki Zelenski onun soyğunçu təklifini rəd etdi və dövlətinin milli maraqlarını Trampın istəklərinə qurban vermədi. Donald Tramp məqsədi Ukraynadakı mineral faydalı yataqlardan Amerika büdcəsinə əlavə milyardlar qazanmaqdan ibarətdir. Yəni Donald Trampın Ukraynanı Rusiyaya qurban verməsi kimi anlayışdan danışmaq düzgün deyil. Tramp Ukraynanı Rusiyanın deyil,  Amerikanın qurbanına çevirmək istəyir. Tramp düşünür ki, Zelenski hakimiyyətdə qaldığı müddət ərzində nə savaş bitəcək, nə də Ukraynadan istədiyi sərvətlərə hakim olacaq. Ona görə də Zelenski hakimiyyətdən getdiyi təqdirdə Donald Trampın seçdiyi şəxs prezident kürsüsünə əyləşəcək və onun dediyi təkliflərlə razılaşacaq”.


Ekspert bildirib ki, Donald Trampın antiukrayna mövqeyi bir yerə qədər davam edə bilər:

“Çünki onun belə qərarları bir müddət sonra Amerikanın daxilində ciddi çatlara səbəb olacaq. Amerikada ağlı başında olan şəxslər bilirlər ki, Ukraynanı meydanda tək qoymaq və Rusiyaya yem etmək ABŞ-nin dünyəvi maraqlarda Şimal qonşumuza uduzması deməkdir. Yəni Amerika Çin kimi rəqibini məhv etmədən Rusiyanın dirçələrək Ukraynanı fəth etməsinə icazə verməməlidir. Bir müddət sonra Avropa və Rusiyanın Ukraynada qalib gəlməsini istəməyən digər dövlətlərin vahid mərkəzə toplaşmasını görə bilərik. Əgər Zelenski qətiyyətli davranar və Ukraynanın daxilindəki qüvvələr mövcud vəziyyətdən qorxmazlarsa, müəyyən müddət sonra Ukraynanın daha güclü olduğu status-kvo ilə qarşılaşarıq. Ukraynanın məğlubiyyəti Amerikanın Rusiyaya uduzması deməkdir. Belə olan halda Tramp hakimiyyətdən uzaqlaşdırıla  və yaxud da prezident taxtında qalmaq üçün Ukraynaya qarşı şantajlarından əl çəkmək məcburiyyətində qala bilər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sherg.az
archiveBu xəbər 20 Fevral 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri