Rusiya Ukraynanın bu şəhərinə ballistik raketlə hücum etdi
Icma.az, Publika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Ukraynanın ən böyük şəhərlərindən biri olan Xarkova ballistik raketlə hücum edib.
Publika.az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov açıqlama verib.
"Xarkov böyük raket hücumu altındadır. Bir sıra partlayış səsləri eşidilib və hələ də şəhərə doğru irəliləyən ballistik raketlər var", - deyə o bildirib.
Terexov indiyədək 7 hücumun baş verdiyini və itkilərin hələ də qiymətləndirildiyini vurğulayıb.
Ukraynanın energetika naziri Herman Haluşenko isə “Rusiya enerji obyektlərimizə intensiv hücum həyata keçirir” deyib.
Rusiya Müdafiə Nazirliyi gecə saatlarında Ukraynaya məxsus 59 pilotsuz uçuş aparatının vurduğunu bildirib. Ukrayna Hərbi Hava Qüvvələri də Qara dənizdən “Kalibr” qanadlı raketlərinin buraxıldığını açıqlayıb.
Roza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 25 Dekabr 2024 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















