Icma.az
close
up
RU
Rusiya ordusu Ukraynanın Pokrovsk şəhərinə girib VİDEO

Rusiya ordusu Ukraynanın Pokrovsk şəhərinə girib VİDEO

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, o cümlədən Ukraynanın xalq deputatı Maryana Bezuqlaya da bu barədə məlumat yayıb.
Ukrayna Silahlı qüvvələrinin (USQ) məlumatına görə, bunlar Ukrayna ordusunda şəxsi heyətin azlığından və əhalinin məskunlaşdığı əraziyə girmək üçün davamlı müdafiə xəttinin olmamasından istifadə edən kiçik piyada birləşmələridir. Əvvəllər belə qruplar DRQ (təxribat və kəşfiyyat qrupları) kimi təyin qiymətlənidirlirdi. İndi isə Ukrayna tərəfi faktiki bunların Rusiya qoşunlarının sıravi piyadaları olduğunu etiraf edib.
“Rus qoşunları Pokrovskın çox dərinliyinə girirlər. Qruplardan biri bazar ərazisində aşkarlanıb, bizim qırıcılarımız Rusiya mövqelərini hədəfə alıblar. Bununla belə, şəhərdə saylarının çox olmasına baxmayaraq, rusların burada faktiki nəzarəti yoxdur”, - çağırış ləqəbi “Muçnoy” olan ukraynalı hərbçi iddia edir.
Rusiyanın Teleqram-kanalları, öz növbəsində, Rusiya ordusunun ayrı-ayrı qruplarının şəhərin mərkəzinə çatdığını bildirirlər. Buna cavab olaraq, rusların irəliləyişini dayandırmaq üçün Ukrayna ordusu bura ehtiyat qüvvələr atır.
Eyni zamanda, cinahlarda da vəziyyət pisləşir. Rusiya qüvvələri Rodinskoye və Biletskoye, həmçinin Dobropolye istiqamətində irəliləyir ki, bu da Pokrovskdakı Ukrayna qrupunun təchizatını çətinləşdirir. Ukraynanın könüllü təşkilatlarının dediyinə görə, şəhərə gedən beş maşından 2-3-ü vurulur. Bununla yanaşı, qərb istiqamətindən təchizatı təmin edən Pavloqrad yolu daim atəş altındadır.
Üstəlik, bu ilin yazında Ukraynanın əks-hücumlarına baxmayaraq, Rusiya ordusu şəhərin qərbindəki Kotlino və Udaçnı bölgəsində platsdarmı saxlayıb. Oradan hücum başlasa, rus qoşunları Pokrovsk-Dnepr yolu istiqamətində hücuma keçərək şəhəri tamamilə mühasirəyə almaqla hədələyə bilər.
- Ruslar Rodinskoye nəzarətini ələ keçirsələr, Pokrovska girişləri faktiki olaraq bağlayacaqlar. Onların daha da irəliləməsi halında, Pokrovsk qruplaşması operativ şəkildə mühasirəyə alına bilər ki, bu da onun əldə saxlanmasına təhlükə yaradacaq”, - hərbi ekspertlər vurğulayırlar.
Onların fikrincə, bu, Ukrayna qüvvələrinin keçən il uzun sürən döyüşlərdən və ağır itkilərdən sonra geri çəkilmək məcburiyyətində qaldığı Baxmutdakı vəziyyətə oxşar olacaq.

Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azvision.az
archiveBu xəbər 31 İyul 2025 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri