Rusiya Ukraynaya 29 raket və 480 dron atıb, ölənlər var
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukraynanın Xarkov vilayətində bu gecə Rusiya Silahlı Qüvvələrinin hücumu nəticəsində 7 nəfər ölüb və 10-dan çox insan yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsində məlumat yayıb.
"Təəssüf ki, hazırda 7 nəfərin öldüyü məlumdur. Aralarında uşaqlar da olmaqla 10-dan çox insan yaralanıb. Dağıntılar altında insanlar qalmış ola bilər. Xilasetmə əməliyyatının aparılması üçün hadisə yerində bütün lazımi xidmətlər işləyir", - o yazıb.
Zelenski əlavə edib ki, Ukraynaya hücum zamanı 29 raketdən (onların, demək olar ki, yarısı ballistik), həmçinin əksəriyyəti "Shahed" olan 480 pilotsuz uçuş aparatından istifadə edilib.
"Hücumların hədəfi Kiyev, Xmelnitski və Çernovtsı vilayətlərindəki enerji infrastrukturu, həmçinin Jitomir vilayətindəki dəmir yolu olub. Dnepropetrovsk, Zaporojye, Vinnitsa, Odessa, Poltava, Sumı və Çerkassı vilayətlərində dağıntıların olduğu bildirilir", - o qeyd edib.
Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəisi Aleksandr Qanja isə öz növbəsində vilayətə hücum nəticəsində bir nəfərin öldüyünü və bir nəfərin yaralandığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:188
Bu xəbər 07 Mart 2026 11:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















