Icma.az
close
up
RU
“Rusiya uydurma hücumlarla müharibəni dərinləşdirir“ Sensasion açıqlama

“Rusiya uydurma hücumlarla müharibəni dərinləşdirir“ Sensasion açıqlama

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Putinin Rusiyanın Novqorod vilayətində yerləşən dövlət iqamətgahı Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.  Hadisə ilə bağlı xəsarət alanların olmadığı bildirilsə də, Kremlin bu hücumu siyasi və təhlükəsizlik baxımından ciddi siqnal kimi qiymətləndirməsi diqqət çəkir.

Rusiya bu cür hücumlara cavab olaraq hansı addımları ata bilər? Bu hadisədən sonra Rusiya-Ukrayna müharibəsində eskalasiyanın daha da dərinləşməsi gözləniləndirmi?

Hərbi ekspert Üzeyir Cəfərov Moderator.az-a açıqlamasında bildirib ki, rəsmi Moskvanın açıqlamaları reallığı əks etdirmir və tamamilə uydurmadır:

“Bu, Rusiya rəhbərliyinin müharibəni dayandırmaq istəməməsindən irəli gəlir. Ukrayna tərəfi prezident Putinin Novqorod vilayətindəki dövlət iqamətgahına hücum edilməsi barədə məlumatları təkzib edib. Rusiya isə xarici işlər naziri Lavrov, Kremlin mətbuat katibi Peskov, Mariya Zaxarova və digər rəsmi şəxslər vasitəsilə bu iddiaları geniş təqdim etməyə çalışır. Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfindən ümumilikdə 89 dronla zərbə endirildiyini açıqlayıb. Eyni zamanda Novqoroddakı iqamətgaha 90-dan çox dron hücumu edildiyi və hamısının zərərsizləşdirildiyi bildirilir. Bu, danışıqlar prosesini pozmaq və eskalasiyanı artırmaq üçün Kremlin növbəti hiyləsidir. Hazırkı Rusiya-Ukrayna müharibəsi Amerikanın iştirakı ilə aparılır. Rəsmi Vaşinqton Ukraynaya edilən hücumlara heç bir reaksiya vermədiyi halda bu hadisəyə kəskin reaksiya verib. Müharibənin dərinləşməsində əsas məsuliyyət Rusiya və ABŞ prezidentlərinə aiddir”.

Hərbi ekspert vurğulayıb ki, Rusiyanın bu hədə qorxuları və isterik açıqlamaları ölkənin çətin durumunu göstərir:

“Rusiya keçmiş prezidenti və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin Ukrayna prezidentinə ünvanladığı təhqiramiz ifadələr bunu açıq şəkildə nümayiş etdirir. Bu, həm Ukrayna prezidentinə, həm də Ukrayna xalqına yönəlmiş bir alçaldıcı hücumdur. Bu hal  Rusiyanın vəziyyətinin nə qədər çətin olduğunu göstərir. Əvvəlki dövrlərdə ABŞ və digər ölkələrin Ukraynadakı hökumət binalarına zərbələrdən ciddi narahatlıq hiss olunmayıb. Lakin indi Rusiya mövcud olmayan təhlükələri öz xeyrinə istifadə etməyə çalışır. Ukraynanın hazırkı imkanları Kremlin mərkəzlərinə də zərbə endirməyə imkan verir, amma bu günə qədər buna getməyiblər və getmək niyyətləri yoxdur. Əgər gələcəkdə Ukraynanın qərar qəbuletmə mərkəzlərinə hücum olarsa, Rusiya Moskva və Sankt-Peterburqdakı hökumət və dövlət binalarına ciddi zərbələr endirəcək”.

Ekspert həmçinin ABŞ Prezidenti Donald Trampın Ukraynaya "Tomaqavk" raketini verilməməsi ilə bağlı açıqlamasını tənqid edib: 

“Trampın “yaxşı oldu ki, raketləri Ukraynaya vermədim” açıqlaması onun nə qədər qeyri-ciddi siyasətçi olduğunu bir daha göstərir”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Dekabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri