Icma.az
close
up
RU
“Rusiya üzərinə düşənləri yerinə yetirməlidir”

“Rusiya üzərinə düşənləri yerinə yetirməlidir”

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

AZAL-a məxsus təyyarənin Rusiya tərəfindən vurulmasından beş ay keçsə də, ortada nə bir rəsmi üzrxahlıq, nə də kompensasiya var. Kifayət qədər uzun müddətdir və indiyə kimi bütün məsələlər həllini tapa bilərdi. Lakin nə təyyarəni vuranlar məsuliyyətə cəlb olunub, nə də müəyyən təzminat və ya kompensasiya ödənilib.

Bu müddət ərzində şimal qonşumuz nəinki özünün məsuliyyətini dərk edib, hətta üzərinə düşən öhdəlikləri icra etməkdən də yayınıb. Hadisə ilə bağlı aparılan istintaq haqqında konkret heç bir məlumat açıqlanmır, qəsdən bürokratik vasitələrlə istintaqın aparılması əngəllənir. Ötən aylar da göstərdi ki, qarşı tərəf bu məsələdə obyektiv, şəffaf mövqe tutmaq niyyətində deyil.

Məlumat üçün bildirək ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan təyyarə vurulduqdan sonra Qazaxıstanın Aktau şəhəri yaxınlığında yerə düşüb. Qəzaya uğramış təyyarədə 62 sərnişin və 5 ekipaj üzvü olub, onlardan 29 nəfər sağ qalıb. Belə bir faciəli hadisədə 29 nəfərin sağ qalması məhz ekipaj üzvlərinin qəhrəmanlığı sayəsində mümkün olub. Pilotlar təyyarəni suya deyil, məhz yerə endirməklə həm 29 nəfərin həyatını xilas ediblər, həm də sübutların silinməsinə imkan verməyiblər.

Hazırda Aktau yaxınlığında, AZAL təyyarəsinin düşdüyü yerdə bir qrup Qazaxıstan vətəndaşının şəxsi vəsaiti hesabına memorial abidə qoyulub. Hadisənin törədilməsinə birbaşa məsul olan Kreml isə diplomatik sükut nümayiş etdirir. Uzanmış araşdırma fonunda faciə yerində xalq memorialının yaradılmasını da görməzdən gəlir. Bu memorial abidə Rusiyanın rəsmi qurumlarının laqeydliyi ilə təzad təşkil edən insan həmrəyliyi və kədərinin simvoluna çevrilib. Lakin memorial sükutun arxasında hələ də əsas sual səslənir: fəlakətə görə kim məsuliyyət daşıyır?

Rusiya tərəfinin indiyə kimi nə bir sözü, nə üzrü, nə də cavabı var ortada. Yalnız bir dəfə Vladimir Putinin mətbuat katibi Dmitri Peskov açıqlama verib və hər kəsi “araşdırmanın ilk nəticələrini gözləməyi” tövsiyə edib.

Bəs Rusiyanın hədəfi nədir? Şübhəsiz ki, proses unudulana qədər vaxt uzatmaq. Lakin anlamırlar ki, bu, baş verməyəcək. Azərbaycan dəfələrlə bəyan edib ki, hadisənin günahkarları məsuliyyətə cəlb olunmalıdır, baş verənləri unutmamaqla yanaşı, bağışlamaq fikrində də deyil. Bunu Prezident İlham Əliyev də ilk günlərdən sərt, prinsipial mövqeyi ilə dəfələrlə aydın şəkildə izah etdi. Dövlət başçısı bir neçə dəfə vurğulayıb ki, Azərbaycan ədalətə, şəffaflığa və beynəlxalq əməkdaşlığa yönəlmiş dövlətdir. Buna görə də Azərbaycan Rusiyadan AZAL reysi ilə bağlı nə baş verdiyini izah etməyi gözləyir.

Azərbaycan ilk gündən bəyan etdi ki, məsələnin beynəlxalq instansiyalara çıxarılmasına qarşı da deyil. Necə ki, Niderlandın müraciəti əsasında Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Şurası rəsmi olaraq Rusiyanın 2014-cü ildə Ukraynanın Donbas bölgəsi üzərində baş verən MH17 reysi qəzasında məsuliyyət daşıdığını tanıyıb. ICAO Şurasının qənaətincə, Rusiya öz hərəkətləri ilə beynəlxalq mülki aviasiya haqqında Çikaqo Konvensiyasını, xüsusilə də uçuş zamanı mülki hava gəmilərinə qarşı silah tətbiqini qadağan edən müddəanı pozub. Yaxınlarda da Rusiyanın zərəri necə ödəməli olduğu məsələsi nəzərdən keçiriləcək.

Beş ay ərzində Rusiya susqunluq nümayiş etdirməklə yanaşı, sakit də durmadı. Nələr müşahidə etdik? Azərbaycanın aparıcı media strukturlarına kiberhücumlar təşkil edildi, özü də dəfələrlə. Rusiya unudur ki, sükut nümayiş etdirməsi Azərbaycanda mənfi qarşılanır, burada həlak olanların ailələri qeyri-müəyyənlik içində yaşamağa davam edir.

Lakin bu susqunluq, prosesin unudulmağa çalışılmasının da bir sonu var. Azərbaycan prosesin uzadılmasına göz yummaq, baş verənləri unutmaq fikrində deyil. Proses beynəlxalq müstəviyə yüksəlməmiş Rusiya məsuliyyətini dərk etməli və üzərinə düşənləri yerinə yetirməlidir.

Report

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 May 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri