Icma.az
close
up
RU
Rusiya səfirimizə müttəfiqlik bəyannaməsi oxumaq əvəzinə, üzərinə düşən öhdəliyi yerinə yetirməlidir

Rusiya səfirimizə müttəfiqlik bəyannaməsi oxumaq əvəzinə, üzərinə düşən öhdəliyi yerinə yetirməlidir

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ötən gün Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub. Səfiri nazir müavini Mixail Qaluzin qəbul edib. Görüş zamanı nazir müavini Azərbaycan mətbuatında Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib. Nazir müavini qeyd edib ki, son günlər Azərbaycan mətbuatında Rusiyaya qarşı yayımlanan yazılar, eləcə də Bakıda fəaliyyət göstərən “Rus evi”nə qarşı aparılan kampaniyalar narahatlıq doğurub. Nazirlik bu yazıları dezinformasiya adlandıraraq, ittihamların heç bir əsasının olmadığını qeyd edib. Görüş zamanı həmçinin Azərbaycan Hava Yollarına məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması məsələsi müzakirə edilib. Nazir müavini Mixail Qaluzin, faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılmasının və nəticələrin açıqlanmasının zəruri olduğunu vurğulayıb.

Görünən odur ki, Rusiya və Azərbaycan arasında ciddi bir gərginlik var. Buna səbəb, Rusiyanın hər zaman özünü bölgədə hegemon dövlət hesab etməsi olub. Ermənistanı hərbi və iqtisadi baxımdan caynağına alan Rusiya, Qarabağ münaqişəsinin uzanmasında uzun illər böyük rol oynayıb. Hər zaman böyüklərin dilindən eşidirik: “başımıza nə gəlibsə, rusdan gəlib”...

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ötən ayın 25-dən başlayaraq, tərəflər arasında soyuq küləklər əsməkdədir: “Rusiyanın Azərbaycana məxsus AZAL-ın sərnişin təyyarəsini vurması və faciə ilə nəticələnən qəzaya səbəb olması tərəflər arasında ciddi narazılıq və narahatlıq yaradıb. Məsələ burasındadır ki, Rusiya mətbuatında da, dövlət orqanlarında da bu məsələ ilə bağlı üzrxahlıq (Putindən başqa), lazımi prosedurların həyata keçirmək barəsində ciddi addım atılmadı.

Ötən gün Azərbaycanın Rusiyadakı səfirini Rəhman Musabəyevi Rusiya Xarici İşlər Nazirliyinə çağırdılar, Qaluzinlə görüşdü. Dərhal 22 fevral 2022-ci ildə imzalanmış müttəfiqlik bəyannaməsi xatırladıldı. Amma bu müttəfiqlik bəyannaməsi xatırlatmaqla yanaşı, düşünmürlər ki, etdikləri hərəkət o bəyannaməyə ziddir.

Bakıda Rusiya evi qarşısında çəkilən video məlumatlar, yayılan məlumatlar Azərbaycanın araşdırmasının nəticəsidir. Bu mövzu Azərbaycan tərəfindən kifayət qədər ciddi şəkildə izlənilir”.

Samir Hümbətov

Politoloq qeyd edib ki, hər bir dövlət öz xarici və daxili təhlükəsizliyini qorumalıdır. Samir Hümbətov hesab edir ki, Azərbaycanın atdığı addımlar adekvat addımlardır və Rusiya narahatlığının səbəbini ortaya qoymalıdır.

“Hər bir halda baş verən hadisələr münasibətlərdə soyuqluğa gətirib çıxarıb. Bunu aradan qaldırmaq üçün cənab prezident 4 şərt irəli sürüb. Onları yerinə yetirdikdən sonra ölkələr arasında münasibətlər düzələ bilər. Mən müharibəyə girəcəyimizi demirəm, amma hər bir dövlət öz marağını qorumalıdır. Azərbaycan dövləti də öz marağını qoruyur. Rusiyanın atdığı addımlar o demək deyil ki, hər dövlət öz istədiyini edə bilər. Bu həm qanuna uyğun deyil, həm də qonşuluq və dostluq prinsiplərinə ziddir. Bu səbəbdən də, Rusiya qısa müddət ərzində üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir”-deyə Samir Hümbətov vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Yanvar 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see241

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see229

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see198

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see183

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see163

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see163

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see154

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see154

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see153

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see151

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see150

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see147

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Azərbaycanda daha 5 audit şirkətinə lisenziya verilib

24 Yanvar 2026 18:13see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see139

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see136

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see135

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see135

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri