Icma.az
close
up
RU
Rusiya və ABŞ Şimal axını nı bərpa etmək istəyir, Almaniya isə...

Rusiya və ABŞ Şimal axını nı bərpa etmək istəyir, Almaniya isə...

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Almaniya hökuməti, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli çərçivəsində Rusiya və ABŞ arasında mümkün razılaşma nəticəsində "Şimal axını" kəmərlərinin yenidən istismara verilməsinin qarşısını almaq üçün hansı təsir mexanizmlərinə malik olduğunu araşdırır.  

Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın "Bild" tabloidi məlumat yayıb.  

Nəşrin Almaniya hökumət dairələrindəki mənbələrinin sözlərinə görə, ABŞ və Rusiya arasında Avropaya qaz tədarükü ilə bağlı gizli razılaşmalar barədə şayiələr artıq uzun müddətdir dolaşır. Mənbələr bu ehtimalın "real senari" olduğunu bildirir və Almaniya indi Nord Stream 2-nin bərpasının qarşısını almaq üçün əlindəki bütün vasitələri araşdırır.  

"Bild" və "Financial Times" nəşrləri araşdırıblar ki, Rusiya və ABŞ nümayəndələri arasında bir neçə həftədir Baltik dənizi vasitəsilə keçən, zədələnmiş qaz kəmərinin potensial olaraq amerikalı investorlar tərəfindən alınması ilə bağlı gizli danışıqlar gedir.  

Müstəqil mənbələrin "Bild"ə verdiyi məlumata görə, ABŞ-ın Berlindəki keçmiş səfiri Riçard Qrenel bu gizli danışıqlarda iştirak edib. Bild fevral ayında Qrenelə bununla bağlı müraciət edib, lakin o, "bu gülünc hekayəni dərc edin" deyə istehza ilə cavab verib. Sonradan jurnalisti "ağılsız" (crackpot) adlandırıb və indi isə ümumiyyətlə "Bild"in ona müraciət etmədiyini və xəbərin "saxta" olduğunu iddia edir.  

Almaniyada növbəti hökuməti formalaşdırmağa hazırlaşan Xristian-Demokratik Partiyasının (CDU) xarici siyasət üzrə eksperti Roderix Kizevetter bildirib ki, Rusiya qazının ABŞ markası altında satılması Tramp və onun MAGA tərəfdarları ilə Kremlin ideoloji yaxınlığını rəmzi olaraq gücləndirərdi.

O əlavə edib: "Nord Stream" sülhün bir hissəsi ola bilməz və əksinə, danışıqlara zərər verər".  

Məsələ ilə bağlı Almaniya hökumətinin mövqeyi:  

Almaniyanın iqtisadiyyat naziri Robert Habek bildirib ki, ölkənin Rusiya qazından asılılığını azaltması "Almaniya hökuməti üçün strateji təhlükəsizlik məsələsidir".  

Meklenburq-Ön Pomeraniya əyalətində "Şimal axını" üzrə araşdırma komissiyasının üzvü Rene Domke isə baş verənləri "absurd bir hadisə" adlandırıb: "Əvvəlcə ABŞ-ın sanksiyalarını aşmaq üçün fond yaradıldı, indi isə amerikalılar həmin kəmərə sahib olmaq istəyirlər".  

Xatırladaq ki, "Financial Times" nəşri "Nord Stream 2 AG" şirkətinin keçmiş rəhbəri, Vladimir Putinlə şəxsi əlaqələri olan Matias Varniqin ABŞ-a bu qaz kəmərinin onların iştirakı ilə bərpasını təklif etdiyini bildirmişdi.  

Avropa Komissiyası isə bu məlumatları şərh edərək vurğulayıb ki, "Nord Stream"in bərpası Avropa İttifaqı dövlətlərinin ümumi maraqlarına uyğun gəlmir.


Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Mart 2025 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri