Icma.az
close
up
RU
Almaniya Şimal axını ndan imtina etdi Berbok

Almaniya Şimal axını ndan imtina etdi Berbok

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Almaniya “Şimal axını” qaz kəmərinin bərpası imkanlarını nəzərdən keçirmir. Bunu çərşənbə axşamı, aprelin 1-də Kiyevdə keçirilən mətbuat konfransında Almaniyanın xarici işlər naziri vəzifəsini icra edən Annalena Berbok deyib. "Bu qaz kəməri bərpa oluna bilməz və bu qərar yalnız Almaniyadan asılıdır", - Berbok vurğulayıb.

Almaniya XİN-in rəhbəri əmin edib ki, Almaniyanın siyasi partiyaları bu məsələdə konsensusa gəliblər, mediada yayılan spekulyasiyalar isə reallığa uyğun gəlmir. O əlavə edib ki, “Şimal axını 2” ilə bağlı qərar Almaniyaya baha başa gələn strateji səhvdir. Hələ 2022-ci ildən əvvəl Ukrayna, Baltikyanı ölkələr və Polşa qaz kəmərinin riskləri barədə xəbərdarlıq etmişdilər, lakin Almaniya bundan sonra “vəziyyətə başqa cür baxdı”. Nəticədə ölkə Rusiyanın enerji resurslarından asılı vəziyyətə düşdü, sonra isə Kreml qazdan Avropaya təzyiq vasitəsi kimi istifadə edib.

Berbok təsdiq edib ki, enerji təhlükəsizliklə sıx bağlıdır və Rusiyanın kölgə neft donanmasına qarşı sanksiyalar müharibə üçün maliyyəni məhdudlaşdırmağa kömək edir. Bundan əvvəl Almaniyanın iqtisadi işlər və energetika naziri Robert Habek Almaniyanın “Şimal axını” qaz kəmərlərinin bərpası imkanlarını nəzərdən keçirmədiyini təsdiqləyib.

Bundan əvvəl məlum olub ki, ABŞ amerikalı investorların dəstəyi ilə Rusiyanın Avropaya “Şimal axını 2” qaz kəmərinin yenidən işə salınması layihəsini hazırlayır.

Lakin qısa müddət sonra, Almaniya hakimiyyətinin ABŞ və Rusiya arasında onun amerikalı investorlara satılması ilə bağlı məxfi danışıqları barədə məlumatların ardınca “Şimal axını 2” qaz kəmərinin yenidən işə salınmasının qarşısını almaq variantlarını nəzərdən keçirdiyi barədə məlumatlar ortaya çıxıb.

Xatırladaq ki, 2023-cü ilin sentyabrında təxribat nəticəsində iki “Şimal axını 2” boru kəmərindən biri partladılmışdı. İldə 27,5 milyard kubmetr qaz ötürmə qabiliyyətinə malik olan digər qaz kəməri “Şimal axını 2” zədələnməsə də, heç istifadə olunmayıb. 2025-ci il yanvarın sonunda Danimarka Qazprom-un törəmə şirkətinə Baltik dənizində “Şimal axını 2” qaz kəmərinin qorunub saxlanması üçün iş aparmağa icazə verib.

V.VƏLİYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Aprel 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see370

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see346

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see340

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see321

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see274

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see273

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see260

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see247

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see226

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see223

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see222

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see218

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see217

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see216

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see216

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see210

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see203

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see202

Gizli toy və atılmış qız: Müslüm Maqomayevin həyatından az adamın bildiyi faktlar

31 Oktyabr 2026 20:16see196

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri