Rusiya və Belarus arasında təhlükəsizlik zəmanəti sazişi imzalanacaq
Icma.az xəbər verir, Yeniavaz saytına əsaslanaraq.
Rusiya Prezidenti Vladimir Putin Rusiya Xarici İşlər Nazirliyinin Rusiya və Belarus arasında “İttifaq Dövləti” (Rusiya və Belarus İttifaqı) çərçivəsində təhlükəsizlik zəmanətləri haqqında saziş imzalamaq təklifini qəbul edib.
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, rəsmi hüquqi informasiya portalında dərc olunan Rusiya Federasiyası Prezidentinin sərəncamında deyilir: “Biz sazişin ən yüksək səviyyədə imzalanmasını məqsədəuyğun hesab edirik”.
Bildirilir ki, ən yüksək səviyyədə, yəni prezidentlər səviyyəsində növbəti Rusiya-Belarus görüşü dekabrın 6-da Minskdə “İttifaq Dövləti”nin Ali Dövlət Şurası çərçivəsində keçiriləcək.
Sənəddə həmçinin qeyd olunur ki, Rusiya Xarici İşlər Nazirliyinə bu müqavilənin imzalanması ilə bağlı danışıqlar zamanı öz layihəsinə dəyişikliklər etməyə icazə verilsin.
Bundan əvvəl isə saziş layihəsini Belarus prezidenti Aleksandr Lukaşenko təsdiqləyib.

Rusiya və Belarus arasında müqavilə imzalanacaq
05 Dekabr 2024 17:11
Putin təsdiqlədi: Rusiya və Belarus təhlükəsizlik sazişi imzalayacaq
05 Dekabr 2024 21:23
Rusiya və Belarus arasında təhlükəsizlik müqaviləsi ratifikasiya edildi
26 Fevral 2025 17:30
Belarus Rusiya ilə təhlükəsizlik sazişini təsdiqləyib
26 Fevral 2025 14:36
Rusiya və Belarus Təhlükəsizlik Konsepsiyasını qəbul etdilər
06 Dekabr 2024 21:56

