Icma.az
close
up
RU
Rusiya və Belarus arasında təhlükəsizlik müqaviləsi ratifikasiya edildi

Rusiya və Belarus arasında təhlükəsizlik müqaviləsi ratifikasiya edildi

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyanın Federasiya Şurası bugünkü iclasında İttifaq dövləti çərçivəsində Rusiya və Belarus arasında təhlükəsizlik zəmanətlərinə dair müqaviləni ratifikasiya edib. 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, sənədə əsasən, ölkələrdən birinə hücum İttifaq dövlətinə qarşı təcavüz aktı olaraq qiymətləndiriləcək.

Müqavilə 10 il müddətinə nəzərdə tutulub və bu dövr başa çatdıqda onun müddəti avtomatik olaraq daha 10 il uzadıla bilər. 

Məlumata görə, müqavilə çərçivəsində Rusiya və Belarus onların suverenliyinə, eləcə də ərazi toxunulmazlığına təhdid olduğu halda bir-birilərini beynəlxalq hüququn icazə verdiyi bütün vasitələrlə dəstəkləməyi öhdəsinə götürür. 

Bildirilib ki, ölkələr bunun üçün Rusiyanın taktiki nüvə silahı da daxil olmaqla, sahib olduqları bütün qüvvə və vasitələri istifadə edə bilərlər. Bununla yanaşı, Rusiya Belarusda baza və hərbi kontingent yerləşdirə biləcək. 

Xatırladaq ki, Rusiya və Belarus Prezidentləri Vladimir Putinlə Aleksandr Lukaşenko müqaviləni 2024-cü il dekabrın 6-da İttifaq dövlətinin Ali Dövlət Şurasının Minskdə keçirilən iclası zamanı imzalayıblar. Görüş zamanı Lukaşenko ölkəyə Rusiyanın “Oreşnik” ballistik raketlərinin göndərilməsini istəyib. Putin bunun təhlükəsizlik zəmanətlərinə dair müqavilə çərçivəsində mümkün olacağını qeyd edib. Yanvarda isə Belarus lideri tezliklə ölkədə sözügedən raketlərin yerləşdiriləcəyini elan edib. Onu da bildirək ki, Rusiya Dövlət Duması ikitərəfli müqaviləni fevralın 18-də ratifikasiya edib.

Qeyd edək ki, Rusiya və Belarus İttifaq dövlətinin yaradılması haqqında sazişi 1999-cu il dekabrın 8-də imzalayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://sfera.az
archiveBu xəbər 26 Fevral 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri