Icma.az
close
up
RU
Rusiya və Çin nüvə dövlətlərini dialoqa çağırıb

Rusiya və Çin nüvə dövlətlərini dialoqa çağırıb

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya və Çin nüvə dövlətlərini Soyuq Müharibə tərzi hərəkətlərindən əl çəkməyə və problemləri dialoq yolu ilə həll etməyə çağırır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremldə keçirilən Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin danışıqlarının yekunlarına dair birgə bəyanatda bildirilib.

Bəyanatda Rusiya və Çin liderlərinin dünyada nüvə münaqişəsi risklərinin artdığını qeyd etdikləri vurğulanıb: "Rusiya və Çin bəzi dövlətlərin "birgə nüvə missiyaları" və "genişlənmiş nüvə qarşısının alınması" sxemlərinin işlənib hazırlanmasına yönəlmiş hərəkətlərini təxribat xarakterli hesab edir.

Bəyanatda həmçinin Ukrayna münaqişəsinə də toxunulub. Qeyd olunub ki, Ukrayna böhranının davamlı həlli üçün onun əsas səbəblərini aradan qaldırmaq lazımdır:" Rusiya və Çin Ukraynada sülhün bərqərar olması üçün bütün səyləri dəstəkləyir".

Bundan başqa, bəyanatda Moskva və Pekinin Vaşinqtonun Rusiya və Çinə qarşı “ikiqat qarşısını almaq” kursuna qəti şəkildə qarşı çıxmaq üçün qarşılıqlı fəaliyyəti artırmaq və koordinasiyanı gücləndirmək niyyətində olduğu bildirilib.

Vurğulanıb ki, ABŞ-ın “Qızıl Qübbə” proqramı dərindən qeyri-sabit xarakter daşıyır və bu, kosmosda silahların yerləşdirilməsinə və onu silahlı qarşıdurma meydanına gətirib çıxara bilər:"Rusiya və Çin kosmosda silahlanma yarışının qarşısının alınmasına zəmanət verən çoxtərəfli alətin yaradılması üzrə danışıqlara başlanmasının tərəfdarıdır. Rusiya və Çin ABŞ və müttəfiqlərinin hərbi bioloji fəaliyyətindən narahatdırlar və onların dayandırılmasını tələb edirlər.

Rusiya və Çin Kimyəvi Silahların qadağan olunması təşkilatının nüfuzunu bərpa etmək və onun işini siyasətdən kənarlaşdırılmış texniki kanala qaytarmaq üçün tədbirlər görməyə çağırır. Rusiya və Çin Yaponiyanı ÇXR ərazisində qalan kimyəvi silahları mümkün qədər tez bir zamanda tamamilə ləğv etməyə çağırır. Rusiya Federasiyası “vahid Çin” prinsipinə sadiqliyini təsdiq edir və Tayvanın Çinin ayrılmaz hissəsi olduğunu qəbul edir.

Rusiya və Çin Yaxın Şərqdə vəziyyətin sabitləşməsinə çağırır və kəskin problemlərin siyasi və diplomatik tədbirlərlə həllinə tərəfdardırlar", deyə Putin və Cinpinin birgə bəyanayında qeyd olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 May 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see353

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see300

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see286

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see278

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see273

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see270

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see264

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see259

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see238

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see232

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see223

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see218

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see218

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see216

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see212

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see211

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see205

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see204

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see203

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri