Rusiya və Hindistan arasında ən böyük neft sazişi bağlanıb
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın "Rosneft" şirkəti Hindistanın "Reliance" neft emalı zavodu ilə gündə təxminən 500 min barel neft tədarükü ilə bağlı 10 illik müqavilə imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, bugünkü qiymətlərlə bu saziş ildə 13 milyard dollara başa gələcək ki, bu da onu iki ölkə arasında neft tədarükü üzrə ən böyük müqaviləyə çevirir.
Mənbələrin məlumatına görə, tədarükün əksəriyyəti gələn il üçün Dubay qiymətindən 3 dollar aşağı qiymətə satılacaq "Urals" markalı neft olacaq. Eyni zamanda, şirkətlər neft bazarlarının dinamikasını nəzərə almaqla, hər il sövdələşmə çərçivəsində qiymətləri və tədarük həcmini nəzərdən keçirəcəklər. Tədarükün 2025-ci ilin yanvarında başlanması planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 13 Dekabr 2024 05:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















