Rusiya və İran Şimal Cənub strateji dəhlizi üzərində fəal işləyirlər
Banco.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Moskva və Tehran Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafı üzərində ən fəal işləyirlər.
Banco.az xəbər verir ki, bunu Rusiyanın baş naziri Mixail Mişustin İranın birinci vitse-prezidenti Məhəmməd Rza Areflə görüşündə qeyd edib.
"Nəqliyyat logistikasının inkişafı baxımından biz Şimal-Cənub dəhlizinin inkişafı üçün birgə fəal işləyirik. Bu strateji magistral bütün Avrasiya regionunun əlaqəsini təmin edəcək”, - deyə nazir qeyd edib.
Beynəlxalq multimodal Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına dair hökumətlərarası saziş 2000-ci ildə Rusiya, Hindistan və İran tərəfindən imzalanıb.
Sonradan iştirakçıların sayı 14-ə çatıb. Layihənin məqsədi Hindistan, İran və Fars körfəzi ölkələrindən Rusiya ərazisindən keçməklə Avropaya tranzit yük axınlarını cəlb etməkdir. Hazırda layihə ayrı-ayrı dövlətlərin bir neçə müxtəlif nəqliyyat sistemini birləşdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 15 Avqust 2025 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















