Icma.az
close
up
RU

Rusiya XİN: 2014cü ildə çevriliş olmasaydı, Krım Ukraynanın tərkibində qalardı

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

2014-cü ildə çevriliş olmasaydı, Krım Ukraynanın tərkibində qalardı.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.

Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı Rusiyanın əsas şərtləri haqqında danışan Lavrov qeyd edib ki, Ukraynanın NATO-ya daxil olmaması, Ukraynada xarici hərbi bazaların olmaması, Ukrayna ərazisində xarici qoşunların iştirakı ilə hərbi təlimlərin keçirilməməsi Moskvanın əsas şərtləridir.

Lavrov münaqişənin həlli zamanı dörd yeni regionun Rusiyanın tərkibinə daxil olması faktını nəzərə almağın lazım olduğunu söyləyib.

Rusiya-Amerika münasibətləri haqqında danışan Lavrov ölkəsinin Moskva və Vaşinqtonun əməkdaşlıq edə bilməməsi üçün heç bir səbəb görmədiyini vurğulayıb: "Rusiya ABŞ ilə müharibə haqqında düşünmür və onu istəmir, belə bir müharibə nüvə xarakterli ola bilər, Moskva üçün əsas ondan qaçmaqdır.

Rusiya və ABŞ rəsmi olaraq müharibə aparmır, Ukraynada baş verənlər hibrid müharibədir. Rusiya vəziyyəti gərginləşdirmək istəmir, onun "Oreşnik" sınağı şəklində ABŞ-yə verdiyi siqnalın ciddi qəbul edildiyinə ümid edir.

“Oreşnik”in buraxılması fonunda lazımi nəticələr çıxarmasalar, Rusiya Qərbə əlavə “mesajlar” göndərməyə hazırdır. "Oreşnik" zərbəsi ABŞ və onun müttəfiqlərinə Moskvanın strateji məğlubiyyətin qarşısını almağa hər vasitə ilə hazır olacağına işarədir. Rusiyada “qırmızı xətlərin” olmaması bağlı Qərbdə səslənən bəyanatları çox ciddi səhvdir".

Rusiya XİN başçısı mümkün nüvə müharibəsindən də danışıb. Bildirib ki, nüvə zərbələrinin məhdud mübadiləsi haqqında söhbətlər Rusiyanın istəmədiyi fəlakətə dəvətdir.

Lavrov Donald Trampın güclü insan olduğunu, hər şeyi təxirə salmağı sevmədiyini söyləyib: "Tramp söhbətdə mehribandır, amma bu, onun rusiyapərəst olması demək deyil".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://apa.az
archiveBu xəbər 06 Dekabr 2024 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri