Icma.az
close
up
RU
Lavrov: 2014cü ildə çevriliş olmasaydı, Krım Ukraynanın tərkibində qalardı

Lavrov: 2014cü ildə çevriliş olmasaydı, Krım Ukraynanın tərkibində qalardı

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

- +

2014-cü ildə çevriliş olmasaydı, Krım Ukraynanın tərkibində qalardı.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib.

Ukrayna münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı Rusiyanın əsas şərtləri haqqında danışan Lavrov qeyd edib ki, Ukraynanın NATO-ya daxil olmaması, Ukraynada xarici hərbi bazaların olmaması, Ukrayna ərazisində xarici qoşunların iştirakı ilə hərbi təlimlərin keçirilməməsi Moskvanın əsas şərtləridir.

Lavrov münaqişənin həlli zamanı dörd yeni regionun Rusiyanın tərkibinə daxil olması faktını nəzərə almağın lazım olduğunu söyləyib.

Rusiya-Amerika münasibətləri haqqında danışan Lavrov ölkəsinin Moskva və Vaşinqtonun əməkdaşlıq edə bilməməsi üçün heç bir səbəb görmədiyini vurğulayıb: “Rusiya ABŞ ilə müharibə haqqında düşünmür və onu istəmir, belə bir müharibə nüvə xarakterli ola bilər, Moskva üçün əsas ondan qaçmaqdır.

Rusiya və ABŞ rəsmi olaraq müharibə aparmır, Ukraynada baş verənlər hibrid müharibədir. Rusiya vəziyyəti gərginləşdirmək istəmir, onun “Oreşnik” sınağı şəklində ABŞ-yə verdiyi siqnalın ciddi qəbul edildiyinə ümid edir.

“Oreşnik”in buraxılması fonunda lazımi nəticələr çıxarmasalar, Rusiya Qərbə əlavə “mesajlar” göndərməyə hazırdır. “Oreşnik” zərbəsi ABŞ və onun müttəfiqlərinə Moskvanın strateji məğlubiyyətin qarşısını almağa hər vasitə ilə hazır olacağına işarədir. Rusiyada “qırmızı xətlərin” olmaması bağlı Qərbdə səslənən bəyanatları çox ciddi səhvdir”.

Rusiya XİN başçısı mümkün nüvə müharibəsindən də danışıb. Bildirib ki, nüvə zərbələrinin məhdud mübadiləsi haqqında söhbətlər Rusiyanın istəmədiyi fəlakətə dəvətdir.

Lavrov Donald Trampın güclü insan olduğunu, hər şeyi təxirə salmağı sevmədiyini söyləyib: “Tramp söhbətdə mehribandır, amma bu, onun rusiyapərəst olması demək deyil”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 06 Dekabr 2024 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri