Rusiya XİN: ATƏT in Minsk qrupunun bağlanması əsaslı qərardır
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Rusiya Federasiyası ATƏT-in Qarabağ münaqişəsi ilə bağlı Minsk qrupunun fəaliyyətinə son qoymaq qərarını əsaslı hesab edir.
APA "TASS"a istinadən xəbər verir ki, bunu Şərq İqtisadi Forumu çərçivəsində keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Moskva digər ATƏT üzvləri ilə yanaşı, konsensus əsasında qəbul edilən bu qərarın qəbulunda iştirak edib:
“Düşünürük ki, bu addım bölgədəki vəziyyətin köklü şəkildə dəyişməsi fonunda əsaslı və ədalətlidir”.
Zaxarova əlavə edib ki, Minsk institutlarının fəaliyyətinin dayandırılması təşəbbüsü Ermənistan və Azərbaycana məxsus olub.
Xatırladaq ki, sentyabrın 1-də ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edilib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 04 Sentyabr 2025 08:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















