Rusiya XİN: Husilərlə əlaqələrimiz davam edir
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Moskva ümid edir ki, Rusiyadan dizel tədarükü qlobal bazarın sabitləşməsinə və İran ətrafında münaqişənin həllinə kömək edəcək.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Georgi Borisenko bildirib.
Onun sözlərinə görə, Rusiya İran ətrafındakı münaqişənin qısa zamanda həll olunacağına ümid edir.
Borisenko Rusiyanın Ərəbistan yarımadasının cənubundakı münaqişənin bütün tərəflərini zorakı hərəkətlərdən çəkinməyə çağırdığını da söyləyib:"Rusiya təbii ki, Ərəbistan yarımadasının cənubundakı münaqişənin bütün tərəflərini zorakı hərəkətlərdən çəkinməyə çağırır və hər halda mülki infrastruktura hücumları qəbuledilməz hesab edir".
Rusiyalı nazir müavini əlavə edib ki, Moskva öz mövqeyini, o cümlədən Yəmənin "Ənsar Allah" hərəkatına (Husilər) çatdırır.
Borisenko Rusiya "Ənsar Allah" hərəkatı ilə əlaqələrini davam etdirdiyini də deyib: "Rusiyanın uzun müddətdir ki," Ənsar Allah" hərəkatı ilə əlaqələri var. Bu, hamıya məlumdur. Bundan əlavə, hərəkatın xüsusi nümayəndəsi Omandadır".
Diplomat qeyd edib ki, Rusiya vətəndaşları üçün Səudiyyə Ərəbistanına səyahət məhdudiyyəti yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 12 Oktyabr 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















