Rusiya XİN Zaxarovanın yayılmış saxta görüntülərinə aydınlıq gətirdi Video
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Sosial şəbəkələrdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “deepfake” texnologiyaları ilə hazırlanan videosu yayılıb.
“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi rəsmi teleqram kanalında açıqlama yayıb.
Bildirilib ki, dələduzlar Zaxarovanın “Sputnik” radiosuna verdiyi müsahibədən real kadrları götürürək videonun üzərinə süni intellekt vasitəsilə yaradılmış saxta səs yazısı yerləşdiriblər: “Bu, süni intellekt vasitəsilə yaradılmış daha bir saxtakarlıqdır. Mariya Zaxarovanın səsini təqlid edən neyroşəbəkə tərəfindən yaradılmış səs yazısı real video kadrların üzərinə yerləşdirilib”.
Videoda guya Zaxarova bildirib ki, Rusiya Avropaya hücum edə və iki cəbhədə müharibə apara bilməz. Çünki buna gücləri yoxdur, Ukraynada itkiləri və maliyyə xərcləri də çoxdur.
Rusiya XİN isə qeyd edib ki, real görüntülərdə Zaxarova Moldovadakı seçkilərlə bağlı vəziyyəti şərh edir. Nazirlik həmçinin əlavə edib ki, internetdə yayılan məlumatların diqqətlə yoxlanması və yalnız rəsmi mənbələrə etibar edilməsi vacibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 06 Oktyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















