Icma.az
close
up
RU
Rusiya Xocalı canilərini barışdırır... Kremlin planına Bakıdan reaksiya

Rusiya Xocalı canilərini barışdırır... Kremlin planına Bakıdan reaksiya

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Moskvanın revanşistləri vahid cəbhədə birləşdirmək və “X” günü hədəfi var; xalq “müharibə partiyası”nı yenidən iqtidara qaytaracaqmı?

Ermənistan Qərblə Rusiya arasında vurnuxmağa davam edir. Gerçək həmçinin belədir ki, erməni baş nazir Nikol Paşinyan hökumətinin “iki stul” siyasəti və altdan-altdan silahlanmaq cəhdləri, paralel surətdə onun Bakı ilə sülh sənədini imzalamağı ləngitməsi kapitulyant ölkənin nə təhlükəsizliyini möhkəmlədib, nə də onun təcriddən çıxaraq inkişaf etməsinə zəmin yarada bilib. Üstəgəl, bu fonda qonşu ölkədə revanşist ab-hava güclü olaraq qalır.

“Ermənistan 44 günlük müharibədən sonra Rusiyadan pulla silah almaq istəsə də, Moskva bundan imtina etdi”. “Yeni Müsavat” bildirir ki, bunu erməni politoloq Areq Koçinyan deyib (Teleqraf). “İrəvan Rusiyadan avans ödəməklə silah almağa hazır idi, amma Moskva üzərinə götürdüyü öhdəliklərdən yayınaraq, silah vermədi”, - Koçinyan bildirib. Erməni ekspert qeyd edib ki, 2026-cı il parlament seçkiləri Ermənistan tarixində ən taleyüklü və çətin seçki olacaq: “Rusiya nəticələri dəyişdirməyə cəhd edəcək. Moskva Robert Köçəryanla Serj Sarkisyanı bir araya gətirməyə, Nikol Paşinyana qarşı vahid cəbhə yaratmağa çalışacaq. Moskvanın bu cür fəallığı Ermənistanın Rusiyadan açılan hibrid müharibənin içində olduğunu və özünümüdafiə istiqamətində işləməli olduğunu bir daha təsdiqləyir”.

Ekspert əlavə edib ki, hazırda sabiq prezidentlər, Xocalı hərbi caniləri Köçəryan və Sərkisyan arasında ciddi fikir ayrılıqları var və Moskva Ermənistanda hakimiyyət dəyişikliyinə nail olmaq üçün bunu aradan qaldırmağa çalışır.

Moskvanın Paşinyanın və Azərbaycan əleyhinə planı baş tutacaqmı? Bakı nələri ciddiyə almalıdır?

Akif Nağı

Azad Vətən Partiyasının sədri Akif Nağının “Yeni Müsavat”a bildirdiyinə görə, Ermənistanda siyasi qüvvələr nisbəti aydındır: “Rusiya çox çalışır, amma reytinqi yüksək, hakimiyyət təcrübəsi və sosial bazası olan qüvvə formalaşdıra bilmir. Kreml zaman-zamana çoxlu cəhdlər etdi. Hətta Rusiyaya yaxın generalları ortaya gətirdilər ki, partiya qursunlar, gəncləri prosesə cəlb etmək istədilər, lakin heç biri tutmadı. Çünki Ermənistanda Rusiyaya və onun adamlarına etimadsızlıq mühiti var. Erməni cəmiyyəti uzun müddət rusmeyilli olub. 44 günlük müharibədən sonra onlar Moskvadan əlini üzdülər, ittihamlar səsləndirməyə başladılar. Bir sözlə, ”körpülər yandırılıb". Ona görə Ermənistanda Rusiyapərəst siyasi qüvvə formalaşdırmaq çətindir".

A.Nağının fikrincə, bununla belə, Kreml Paşinyanı öz tərəfində saxlamağa çalışacaq: “Bu iqtidardan həm Rusiya, həm Qərb istifadə edir. Hər halda, seçkiyə vaxt var və Rusiya gedişatı izləyəcək. Amma Köçəryan və Sərkisyan Paşinyana qalib gəlmək gücündə deyil, sadəcə, onun reytinqinə təsir etmək iqtidarındadır. Çünki Paşinyanın nüfuzu əvvəlki deyil. Misal üçün, Gümrü nümunəsi var. Orada kommunistlər qalib gəldi və seçkinin belə nəticələnməsində Rusiyanın təsiri istisna deyil. Buna baxmayaraq, hələ də iqtidar partiyası gücünü saxlayır. Həmin qüvvələr Kremlin təlimatı ilə birləşsə belə qalib gələ bilməzlər”.

Züriyə Qarayeva

Siyasi ekspert Züriyə Qarayeva Xocalı qatillərinin Ermənistanda nüfuzdan düşdüyünü hesab edir. Onun proqnozuna görə, Kreml Paşinyana problem yaratmağa çalışacaq, lakin hakim partiya çətinliklə də olsa seçkini udacaq. Ekspert İrəvanda və digər şəhərlərdə etiraz aksiyaları keçiriləcəyini gözləyir: “İqtidar bu təzyiqlərə hazırlaşır. Seçki ərəfəsində bəzi manevrlər ediləcək, əhalinin rifahı üçün müəyyən addımlar atılacaq, islahatlar həyata keçiriləcək. Milli məsələlərə gəldikdə, erməni xalqı anlayır ki, sülhün alternativi müharibə ola bilər. Əgər xalq yeni qurbanlar həvəsindədirsə, onda ”savaş partiyası"na - Köçəryan, Sərkisyan kimi qüvvələrə səs verə bilər. Amma düşünmürəm ki, ermənilər köhnə əyyamlara qayıtmaq istəyirlər. Onların burnu ovulub, keçmiş “Qarabağ klanı” hakimiyyətdə olanda yaşadıqlarını yaxşı xatırlayırlar. Hər iki cinayətkar keçmiş prezidentin dönəmində ölkədə korrupsiya, qeyri-qanuni əməllər hökm sürüb, xalq zillət içində yaşayıb, Rusiyanın təsirləri Ermənistanı uçuruma sürükləyib və Qarabağ münaqişəsi qeyri-sabit həyata səbəb olub. İndi belə bir keçmiş rejimi yenidən hakimiyyətə gətirmək hansı məntiqə sığır?"

Z.Qarayevanın sözlərinə görə, Kreml Ermənistanda hakimiyyəti dəyişmək istərdi, amma bunun üçün sosial baza və yeni müxalifət olmalıdır: “Paşinyanın rəqibləri isə vurulmuş adamlardı. Bu canilər erməni xalqına da ”qan uddurub". İnanmıram ki, parlament seçkilərində onlar nəticə qazana bilsinlər. Həm də Sərkisyan siyasətdən xeyli kənarlaşıb, özü də məhkəmə qapılarında sürünür. Paşinyan onları daim təzyiq altında saxlayır. Bu sıxma-boğma seçki ərəfəsində güclənəcək. Yəni erməni baş nazir kifayət qədər çoxbilmiş siyasətçidir. Üstəlik, müxalifətin birləşməsi mümkün görünmür. Çünki aşağılar onları dəstəkləmir. Son aksiyalar göstərdi ki, hətta kilsə də tükənib və erməni xalqı revanşistlərin arxasınca sürünməməlidir. Bunun nəticələri ağır ola bilər və Azərbaycan revanşizm əhvalında olanların cəzasını verməyə hazırdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 May 2025 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see219

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see202

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see159

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see147

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see142

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see139

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see136

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see136

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see136

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see134

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see130

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see127

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see126

Orbandan Moskva Vaşinqton sammitinin keçirilməsi ilə bağlı açıqlama

06 Noyabr 2025 22:57see126

DİQQƏT! Şəmkirdə qaz olmayacaq

06 Noyabr 2025 16:42see125

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see124

Ermənipərəst konqresmen siyasətdən gedir

06 Noyabr 2025 20:41see124

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see122

Tramp Əl Şaraa ilə görüşdə Suriyanın Rusiyadan asılı vəziyyətə düşməməsinə çalışacaq ŞƏRH

06 Noyabr 2025 21:05see122

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri