Icma.az
close
up
RU
Rusiya yalandır dedi, gizli plan ortaya çıxdı: 82 il əvvəlki hadisə təkrarlanır

Rusiya yalandır dedi, gizli plan ortaya çıxdı: 82 il əvvəlki hadisə təkrarlanır

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Reuters” agentliyinin Ukrayna münaqişəsi ilə bağlı iddiası birmənalı qarşılanmayıb. Nəşr yazır ki, Kiyev hökuməti bu yaxınlarda ABŞ-dan Rusiya ilə müharibəyə son qoymaq üçün “siqnal” alıb. Lakin sülh planının konkret detallarının müzakirələrində iştirak etməyib.

“Politico” nəşri isə Ağ Evin yüksək vəzifəli rəsmisinə istinadən müharibənin həlli üçün çərçivə sazişinin hər iki ölkə tərəfindən növbəti həftənin əvvəlində razılaşdırıla biləyini qeyd edib. Məlumata görə, Ukrayna və Avropa ölkələri sazişin parametrlərinin hazırlanmasında iştirak etmir. Proses “gizli sülh planı” kimi təqdim olunur və detalları tam olaraq açıqlanmır. Rusiya rəsmi şəkildə sözügedən iddiaları təkzib etsə də, iki nüfuzlu nəşrin bənzər məlumatlar yayması diqqət çəkir.

Globalinfo.az-a danışan politoloq Qədir Aslan deyib ki, yeni dövriyyəyə buraxılmış sülh planı əvvəlkilər kimi uğursuz olacaq:

“Necə ki, Alyaska prosesi, Budapeşt görüşü nəticəsiz qaldı, bu da elə olacaq. İlin əvvəllindən dediyim kimi, ABŞ Prezidenti Donald Trampın gücü Rusiya–Ukrayna müharibəsini dayandırmağa çatmayacaq. Bu prosesdə avropalıların iştirakı olmadan nəticə əldə edə bilməz. Avropalıların arasında Almaniyanın və Fransanın davranışları çox önəmlidir. Maraqlıdır ki, ABŞ mətbuatı sülh planı ilə bağlı ardıcıl xəbərlər yaydığı halda, Fransa və Almaniya Ukraynaya silah-sursat satışını tirajlayır.


Qədir Aslan

Hesab edirəm ki, mətbuatda gedən bənzər yayılan daha çox piar əməliyyatının tərkib hissəsidir. Bu, 1943-cü ildə İkinci Dünya müharibəsindəki “qiymə əməliyyatı”nı xatırladır. Hansı ki, ABŞ və Britaniya mətbuatı müttəfiq qoşunlarının Yunanıstandan geri çəkiləcəyini yazaraq almanları aldatdılar, lakin ordunu Normandiyaya çıxardılar. İndi də vəziyyət buna bənzəyir. Biz baxmalıyıq ki, real olaraq nələr baş verir. Rusiya qoşunları uğursuzdur. Quru əməliyyatlarını yerinə yetirə bilmirlər.

Hazırda vasitəçi anlayışı yoxdur. Müharibənin gedişatında vasitəçi missiyasını yerinə yetirəcək konkret ölkənin adını çəkmək mümkün deyil. Bu isə prosesi daha da qəlizləşdirir. Ona görə də, bütün tərəflərin iştirakı ilə fərqli görüşlər keçirilməlidir. ABŞ təkbaşına müharibəyə son qoya bilməz”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Noyabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see344

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see247

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see211

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see204

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see190

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see188

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see159

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see158

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see152

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see145

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see142

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see140

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see140

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see140

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see138

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see136

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see135

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri