Həmin gəminin fəlakətdən bir gün əvvəlki görüntüləri ortaya çıxdı Video
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Şimali Kipr Türk Respublikasının Girnə limanından Mersinin Taşucu limanına hərəkət edərkən batan “FiloJet” adlı katamaran tipli sərnişin gəmisinin qəzadan bir gün əvvəl çəkilmiş görüntüləri ortaya çıxıb.
“Qafqazinfo” xəbər verir ki, Aralıq dənizində yağışlı və fırtınalı havada çəkilən görüntülərdə gəminin nəhəng dalğaların arasında son dərəcə yüksək sürətlə hərəkət etdiyi, sərnişinlərin isə qorxu içində qışqırdığı anlar əks olunub.
Görüntülərin sərnişinlərdən birinin mobil telefonu ilə çəkildiyi bildirilir.
Videoda qapalı və sərt hava şəraitində hərəkət edən gəminin yüksək sürətlə dalğaları yararaq irəlilədiyi görünür. Sərnişinlərin qışqırıqları isə səfərin nə qədər təhlükəli olduğunu ortaya qoyur.
Qeyd edək ki, Gəmi Girnə Limanından çıxdıqdan qısa müddət sonra burnundan su almağa başlayıb. Ekipaj gəmini yenidən limana qaytarmağa çalışsa da, gəmi Girnə sahilləri yaxınlığında aşıb.
Qəza nəticəsində 8 nəfər həyatını itirib, 241 sərnişin xilas edilib. İtkin düşən 20 nəfərin axtarışı isə davam etdirilir.
Gəminin qalıqları dənizin təxminən 550 metr dərinliyində aşkarlanıb.
Hazırda itkin sərnişinlərin tapılması istiqamətində axtarış-xilasetmə işləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 02 Sentyabr 2026 07:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















