Icma.az
close
up
RU
Rusiya yalnız bir halda atəşkəsə razı olacaq ki... Hərbi ekspertdən AÇIQLAMA

Rusiya yalnız bir halda atəşkəsə razı olacaq ki... Hərbi ekspertdən AÇIQLAMA

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmer Ukrayna ərazisinə beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə bağlı niyyət bəyannaməsi imzalayıblar. Sənəd tərəflər arasında keçirilən üçtərəfli görüş zamanı imzalanıb.
Bəyannaməyə əsasən, beynəlxalq qüvvələrin Ukraynada yerləşdirilməsi təhlükəsizliyin təmin edilməsi və strateji sabitliyin qorunması məqsədi daşıyır. Qüvvələrin tərkibi və yerləşdirilmə müddəti barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.

Bəs imzalanan bəyannamə müharibənin gedişatına necə təsir edə bilər?

Redaktor.az-a danışan hərbi ekspert Ədalət Verdiyev vurğuladı ki, illərdir Avropanın aparıcı dövlətləri tərəfindən Ukraynaya şəxsi heyət göndərilməsi ilə bağlı bəyanatlar izləyirik:

"Bunu ən çox da Fransa Prezidenti Emmanuel Makron səsləndirib. Lakin bu günə qədər faktiki olaraq Ukrayna ərazisində Avropa İttifaqına üzv olan dövlətlərin döyüşən heyətini bir dəfə də olsun müşahidə etməmişik".

Müsahibimizin fikrincə, imzalanan bu sənəd son sənəd deyil, bu, bir niyyət bəyannaməsidir:

"Burada kimin nə qədər, nə zaman, harada qoşun yerləşdirəcəyi dəqiqləşdirilməyib. Bu, bir qədər zaman alacaq məsələdir. Digər vacib element isə Ukrayna ilə Rusiya arasında heç olmasa atəşkəs əldə olunmalıdır ki, ora hansısa sülhməramlı və ya sülh yaradacaq, atəşkəsə nəzarət edəcək qoşunlar yerləşdirilsin".

Ə.Verdiyev belə bir niyyət protokolunun Rusiyanı işğalçılıq siyasətindən əl çəkməyə vadar edə biləcəyini düşünmür:

"Rusiya yalnız bir halda atəşkəsə razı olacaq ki, artıq müharibəni davam etdirmək imkanları məhdudlaşdırılsın. Əks halda, Rusiyanı Ukraynada dayandırmaq çox çətin olacaq və bu müharibənin də Ukraynanın müsbət nəticə əldə etməsi ilə bitəcəyini gözləmirəm. Zaman Ukraynanın xeyrinə deyil, əks tərəfin xeyrinə işləyir".

Aytəkin TOFİQQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Yanvar 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see193

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see180

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see168

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see163

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see160

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see146

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see136

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see134

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri