Rusiya yenidən hərəkətə keçdi: Polşa səmasında təhlükə yarandı
Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Polşa Sərhəd Mühafizəsi Rusiyanı Baltik dənizində yerləşən Petrobaltik qazma platformasının təhlükəsizlik zonasını pozmaqda ittiham edib.
Globalinfo.az xəbər verir ki, Rusiyaya məxsus iki qırıcı aşağı hündürlükdə uçaraq obyektin təhlükəsizlik zonası daxilinə daxil olub.
Polşa tərəfi dərhal tədbir görərək, hadisə barədə Silahlı Qüvvələri və digər aidiyyəti qurumları məlumatlandırıb. Varşava bu addımı təxribatçı davranış kimi qiymətləndirib və qeyd edib ki, Polşa ərazilərinə və strateji obyektlərinə qarşı hər hansı təhdid NATO çərçivəsində cavab tədbirləri ilə üzləşəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl NATO üç MiQ-31 qırıcısının Estoniya hava məkanına daxil olduğunu açıqlamışdı. “Politico” jurnalının yazdığına görə, bu insident zamanı İtaliyanın F-35 qırıcıları 12 dəqiqə ərzində havaya qalxaraq hava məkanını qorumaq üçün bölgəyə yönləndirilib.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 19 Sentyabr 2025 22:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















