Rusiya Zelenskinin doğulduğu şəhəri bombaladı Vaşinqtona səfər ərəfəsində...
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski doğma şəhəri Krivoy Roqun Rusiya dronlarının hücumuna məruz qaldığını deyib.
“AzPolitika” xatırladır ki, bu hücum onun Ağ evdə ABŞ prezidenti Donald Trampla görüşü öncəsi baş verib.
Zelenskinin sözlərinə görə, bu hücum Rusiyanın hələ də Ukraynanı terror altında saxladığını göstərir. O, Vaşinqtona çatandan sonra X platformasında yazıb ki, son həftələr bircə gecə belə Rusiyanın hücumları olmadan keçməyib, daha çox infrastruktur hədəf alınıb.
Ukrayna Prezidenti əlavə edib ki, Rusiya müharibəni ancaq onu davam etdirmək imkanını itirəndə dayandırmalı olacaq.
Tramp və Zelenskinin Ukraynanın havadan müdafiəsini, uzaqmənzilli zərbə imkanlarını, həmçinin ABŞ-nin Ukraynaya "Tomahawk" raketləri vermə ehtimalını müzakirə edəcəyi gözlənilir.
“AzPolitika.info”


