Rusiyada 40 milyon pensiyaçı var
Icma.az, Azpost portalına istinadən məlumat yayır.
Rusiyada pensiyaçıların sayı 40,5 milyona yaxınlaşıb. Bu barədə avqustun 7-də Rusiya Sosial Fondunun məlumatları açıqlanıb.
Qurumun məlumatına görə, 1 iyul 2026-cı il tarixinə Sosial Fondun sistemində pensiya ödənişi alan 40,475 milyon vətəndaş qeydiyyatda olub.
Həmin gün Sosial Fondun açıqladığı digər məlumatlara əsasən, 2026-cı ilin iyulunda Rusiyanın yeddi regionunda işləməyən vətəndaşların orta pensiyası 35 min rubldan çox olub.
Ən yüksək orta pensiya Çukotka Muxtar Dairəsində qeydə alınıb – 43,9 min rubl. Nenets Muxtar Dairəsində isə bu göstərici 40 min rubl təşkil edib.
Bundan əvvəl Sosial Fondun məlumatına əsasən, 1 iyul 2026-cı il tarixinə Rusiyada yaşa görə orta aylıq pensiyanın məbləği 27,2 min rubl olub. İşləyən və işləməyən pensiyaçılar üzrə orta ödəniş 27 224 rubl təşkil edib.
İşləyən pensiyaçılar orta hesabla 24,9 min rubl, işləməyən pensiyaçılar isə 27,85 min rubl pensiya alıblar.
Sosial Fondun məlumatına görə, əmək fəaliyyətini avqust ayında başa vuran pensiyaçılar sentyabrdan etibarən əvvəlki bütün indeksasiyalar nəzərə alınmaqla artırılmış pensiya alacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 07 Avqust 2026 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















