Rusiyada ağır cinayət törətmiş erməni vətəndaşlıqdan məhrum edildi
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiyanın Saratov vilayətinin Marks şəhərində insanlara atəş açmaqda təqsirli bilinərək məhkum edilmiş erməniəsilli Rubik Akopyan Rusiya vətəndaşlığından məhrum edilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın regional İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, qərar məhkumun ağır cinayət törətdiyinə görə "Rusiya Federasiyasının vətəndaşlığı haqqında" qanuna əsasən qəbul edilib.
Xatırladaq ki, 2024-cü ilin noyabr ayının sonlarında Marksdakı Pobeda küçəsində "Toyota Land Cruiser" avtomobilini idarə edən Akopyan "Oka" avtomobilində olan iki kişiyə tapançadan yeddi dəfə atəş açıb. Onlardan biri aldığı yaralardan ölüb, digəri isə xəstəxanaya yerləşdirilib. R.Akopyan hadisə yerindən qaçsa da, tezliklə tutulub və 24 il müddətinə azadlıqdan məhrum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 16 Yanvar 2026 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















