Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: vətəndaşlıqdan məhrum edilə bilərsiniz
Icma.az, Olke.az saytına istinadən bildirir.
Rusiya vətəndaşlığı alan, lakin andiçmə mərasimində iştirak etməyən şəxslər bu tələbi 22 noyabr 2024-cü ilə qədər yerinə yetirməlidirlər. Əks halda, 23 noyabrdan etibarən onların Rusiya vətəndaşlıq statusu ləğv ediləcək.
"Ölkə.az" xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bu qaydalar 1 sentyabr 2017-ci ildən əvvəl Rusiya vətəndaşı olan şəxslərə şamil edilmir, çünki o vaxt and içmək tələbi mövcud deyildi.
Qeyd edək ki, Rusiyada əcnəbilərin and içməsi, Rusiya Federasiyasının vətəndaşlığını almaq istəyən əcnəbilərin xüsusi bir mərasimdə dövlətə sadiqlik andı içməsini nəzərdə tutur. Bu prosedur 2017-ci ildə qəbul edilib və Rusiya vətəndaşı olmaq istəyən şəxslər üçün məcburi hala gətirilib.
And mətnində əcnəbilər Rusiyaya, onun qanunlarına və Konstitusiyasına sadiq olacaqlarına, ölkənin suverenliyini və təhlükəsizliyini qoruyacaqlarına dair söz verirlər. Bu mərasim Rusiya dövləti ilə yeni vətəndaşlar arasında rəsmi bir bağlılıq yaratmaq məqsədi daşıyır.
Yeni qaydalara əsasən, 1 sentyabr 2017-ci ildən sonra Rusiya vətəndaşlığı alan şəxslər and içməlidir. 22 noyabr 2024-cü ilə qədər bu proseduru tamamlamayanlar, vətəndaşlıqdan məhrum edilə bilərlər.(musavat.com)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 09 Noyabr 2024 20:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















