Icma.az
close
up
RU
RUSİYADA ANTİ MÜSƏLMAN DALĞASI PİK HƏDDƏ “Xaç yürüşləri” nədən xəbər verir? + VİDEO

RUSİYADA ANTİ MÜSƏLMAN DALĞASI PİK HƏDDƏ “Xaç yürüşləri” nədən xəbər verir? + VİDEO

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynadakı müharibənin daha da azğınlaşdırdığı Rusiyadakı rus qatı millətçiliyi, imperiyaçılığı, şovinizmi və digər çirkin əlamətlər özünü gündən-günə daha açıq və eybəcər şəkildə büruzə verməkdədir. Sanki Ukraynadakı uğursuzluğun, məğlubiyyətin heyfini Rusiyada yaşayan qeyri-ruslardan, miqrantlardan, müsəlmanlardan çıxmaq barədə əmr verilib. Kreml təbliğatının bu prosesə dəstək verməsi, bəzi hallarda isə körükləməsi isə onu göstərir ki, doğrudan da bu iyrənc kampaniyanın, xüsusilə anti-müsəlman fəaliyyətlərin arxasında elə Kremlin özü durur…

Son günlər Rusiyanın ayrı-ayrı şəhərlərində Kremlin xeyir-duası ilə yaradılmış “rus icması” təşkilatları özlərini bir zamanların “skinxedləri” kimi aparmaqdadırlar. Rusiya şəhərlərində bu “icma” nümayəndələri dəstə-dəstə toplaşaraq, çox vaxt içkili vəziyyətdə qeyri-ruslara qarşı “reydlər” keçirirlər. İnsanlar təhqir və təhdid olunur, bir çox hallarda döyülür, əmlakı əlindən alınır, fiziki zorakılığa məruz qalırlar.


Son günlər Rusiya sosial şəbəkə səhifələrində islamafobiya xarakterli, hətta açıq cinayət tərkibi olan xeyli sayda videogörüntülər yayımlanıb. Bu videolarda bəzi şəhərlərdə məscidlərin yandırılmasını, yaxud qapısına donuz başı qoyulmasını əks etdirən görüntülər var. Bunlardan biri Adıgey respublikasında qeydə alınıb. Qeyd edək ki, bu respublikada müsəlman adıgeylərlə yanaşı, xeyli sayda pravoslav xristianlar və ermənilər yaşayır. Beləliklə, buradakı rayonların birində yerləşən məscidin qapısına donuz başı qoyulub və hadisə telefonla lentə alınıb. Hələlik, hüquq-mühafizə orqanlarından heç bir səs-səmir çıxmır. Son zamanlar bu cür təxribatlar və açıq islamafob hərəkətlər sürətlə artır və digər regionalrda da qeydə alınır.

Digər videolarda “xaç yürüşləri” və “rus icması”nın kütləvi yürüşlərini görmək olar. Bütün bunlar əlbəttə ki, yerli icra və hüquq-mühafizə orqanlarının xeyir-duası ilə həyata keçirilir. Ancaq nəzərə almaq lazımdır ki, bunu təşkil edən “vətənpərvərlər” son nəticədə Rusiyanın dövlət olaraq təməlini minalayırlar. Belə görünür ki, Kremldə oturanlar belə davam etsə, bu prosesin nə ilə nəticələnəcyini öncədən görməyəcək qədər kordurlar.

C.Məmmədli

“AzPolitika.info”  


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 16 Sentyabr 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri