Icma.az
close
up
RU
Menu

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

"28 Mall"un qarşısında ölüm

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Çin üçtəkərli avtomobil buraxdı

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

Rusiyada artan nifrət dalğası: Arxasında nə dayanır?

Rusiyada artan nifrət dalğası: Arxasında nə dayanır?

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüşdən sonra səssizliyini pozaraq bəyan etdi ki, tərəflər arasında hələ bütün məsələlər razılaşdırılmayıb. Bu açıqlama ilə Moskva hansı mesajı vermək istəyir? 

Eyni zamanda, getdikcə gərginləşən münasibətlər fonunda Rusiya Moskvada  yaşayan azərbaycanlılara qarşı zor tətbiq edərək  nəyə nail olmağa çalışır? 

Moderator.az-a danışan Millət vəkili Sahib Alıyev bildirib ki, Rusiyanın rəsmiləri uzun müddətdir ki, diplomatik etiketi və diplomatik dili bir kənara qoyublar:

Millət vəkilinin sözlərinə görə,  xarici işlər nazirinin son açıqlamalarını diplomatik dildən çevirməli olsaq, bu, Moskvanın Vaşinqton danışıqlarının nəticələrindən narazı olduğunu açıq şəkildə nümayiş etdirməsi və həmin razılaşmaların reallaşmasına mane olmaq üçün bütün vasitələrdən istifadə edəcəyinə dair xəbərdarlığıdır:

 “Ola bilsin ki, Vaşinqton danışıqlarından sonra ilk dəfədir ki, Sergey Lavrov bu qədər açıq şəkildə Rusiyanın mövqeyini ifadə edir. Baxmayaraq ki, “səmimiyyət” və “Lavrov” sözləri nadir hallarda yanaşı işlənir.

Rusiyada azərbaycanlılara qarşı müşahidə edilən görünməz təzyiqlərin və ksenofob addımların arxasında dayanan səbəblərdən biri Azərbaycanın regionda sülhün təminində oynadığı mühüm roldur. Lakin bu, sadəcə səbəblərdən biridir – əsas motiv isə qisasçılıqdır.

Bu proseslər, eyni zamanda, Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının və Rusiya vətəndaşlığına malik olan soydaşlarımıza yönəlmiş təzyiq xarakterli hərəkətlərin bir hissəsi kimi də qiymətləndirilə bilər. Burada məqsəd Azərbaycanı öz siyasətindən döndərmək deyil. Kreml yaxşı bilir ki, Azərbaycan təzyiq dili ilə danışılan bir dövlət deyil və qəbul etdiyi qərarlardan geri çəkilməsi demək olar ki, mümkünsüzdür.

Moskvanın əsas hədəflərindən biri Ermənistan siyasətində revanşist qüvvələrin hakimiyyətə gəlişi zamanı Azərbaycanın buna seyrçi qalmasına nail olmaqdır. Lakin ölkə rəhbərliyinin ən yüksək səviyyədə bəyan etdiyi kimi, Azərbaycan bu proseslərə laqeyd qalmayacaq. Bu baxımdan Moskvanın bu istiqamətdəki planlarının uğur qazanması real görünmür.

Ötən əsrin əvvəllərində və ortalarında Rusiyada “qaragüruhçular” kimi tanınan qruplar əslində açıq şəkildə nasist və şovinist elementləri təmsil edirdilər. Bu ideologiya indi yenidən dövlət siyasətinin əsas xəttinə çevrilməkdədir. Əgər o zaman “Yəhudiləri döy, Rusiyanı xilas et!” şüarı əsas idisə, bu gün “Müsəlmanları, türkləri, Qafqaz xalqlarını döy, Rusiyanı xilas et!” çağırışları aktuallaşıb”.

Millət vəkili vurğulayıb ki, hətta Azərbaycanla Rusiya arasındakı mövcud gərginliklər olmasa belə, yaxın perspektivdə soydaşlarımız  yenə sərt yanaşmalarla üzləşə bilərdilər:

“Soydaşlarımızın atmalı olduğu addımlara gəldikdə isə, bir çoxları deyir ki, onlar öz ölkələrinə qayıtmalıdırlar. Amma əslində böyük əksəriyyətinin vətəni Rusiya sayılır, çünki onlar Rusiya vətəndaşlarıdır. Hazırkı reallıqları nəzərə alaraq proqnozlaşdırıram ki, təzyiqlər onlara qarşı daha da güclənəcək. Bununla bağlı qərar isə birbaşa oradakı soydaşlarımızın özlərinə aiddir. Onların bir çoxu biznes təcrübəsinə malikdir və kifayət qədər kapitalı var. İlk növbədə ən düzgün addımı özləri düşünməli və qərarlarını özləri verməlidirlər”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Sentyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see371

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see369

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see330

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see320

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see319

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see303

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see302

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see296

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see263

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see245

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see238

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see234

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see225

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see198

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see197

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see196

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see182

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see181

Xorvatiyada “Turan”a məğlubiyyəti şərh etdilər: “Evdə daha yaxşı oynayacağıq”

21 Oktyabr 2026 21:19see178

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri