Rusiyada azərbaycanlı deputatın sözlərində qanun pozuntusu aşkarlanmadı
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Prokurorluq miqrantlarla bağlı məsələnin müzakirəsi zamanı Xantı-Mansiysk vilayətinin “özbəklərin tarixi vətəni” olduğunu bildirən Azərbaycan əsilli rusiyalı siyasətçi Xalid Tağızadənin bəyanatında heç bir qanun pozuntusu aşkar etməyib.
"Unikal" xəbər verir ki, nəzarət qurumu məlumatı Dövlət Dumasının deputatı Vladimir Sısoyevin sorğusuna cavab olaraq göndərib.
"Sorğuya verilən cavabda bildirilib ki, onun çıxışında Rusiya Federasiyasının ərazi bütövlüyünün pozulmasına dair birbaşa və ya dolayı çağırışlar yoxdur. Yuqra ekspertləri ekstremizm əlamətləri aşkar etməyiblər", - Sısoyev bildirib.
Xatırladaq ki, Xalid Tağızadənin Xantı-Mansiysk vilayətinin “özbəklərin tarixi vətəni” olması ilə bağlı açıqlamalarından sonra ona qarşı federal səviyyədə genişmiqyaslı kampaniya başlayıb. O, “təxribat”, “Rusiyanın ərazi bütövlüyü və suverenliyinə qarşı açıq çağırışlar”, “separatizm”, “tarixin saxtalaşdırılması” və digər əməllərdə ittiham olunub. Çıxışının ertəsi günü Tağızadə ictimaiyyət qarşısında üzr istəsə də, qalmaqal səngiməyib. Xantı-Mansiysk Duması onun işinə baxıb və deputatı komitələrdən birinin sədr müavini vəzifəsindən azad edib. Daha sonra deputatlar səs çoxluğu ilə Tağızadənin sosial inkişaf komitəsinin sədr müavini vəzifəsindən kənarlaşdırılması və maaşının dayandırılması barədə qərar qəbul ediblər.
Baxış sayı:59
Bu xəbər 10 İyul 2025 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















