Icma.az
close
up
RU
Rusiyada azərbaycanlı deputatın maaşını kəsdilər ŞOK SƏBƏB

Rusiyada azərbaycanlı deputatın maaşını kəsdilər ŞOK SƏBƏB

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Xanti-Mansi Muxtar Dairəsi   Dumasının  Kommunist Partiyasından olan azərbaycanlı deputatı Xalid Tağızadəyə maaş verilməsi dayandırılıb.

Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, bu gün keçirilən iclasda yerli parlamentin sosial inkişaf komitəsinin rəhbəri Vasili Filippenko  deyib ki, X.Tağızadə rayon parlamentinin və komitələrinin iclaslarını buraxdığına, habelə deputatlıq vəzifələrinə məhəl qoymadığına görə maaşından məhrum edilməlidir.  

Tağzadə səsvermədən əvvəl söz alıb, yenə qalmaqala səbəb olan çıxışını yada salıb. O deyib ki, heç kəsi incitmək istəmirdim. Mən ölkəmi sevirəm, 40 ildir ki, burada yaşayıram, burada yaşayanların hamısını sevirəm" deyə, çıxışında qeyd edib. Marqarita pizza

Yerli Dumanın sədri Boris Xoxryakov isə iddia edib ki, guya onun məvacibinin kəsilməsi haqda qərarın səsverməyə çıxarılması bundan əvvəlki məlum qalmaqallı çıxışı ilə birbaşa əlaqəsi yoxdur. Səsvermə nəticəsində 32 deputat Xalid Tağı-zadənin deputat maaşından məhrum edilməsinə səs verib, 1 deputat əleyhinə səs verib, 5  deputat isə səsvermədə iştirak etməyib.  

Yada salaq ki, mayın 30-da Xanti-Mansi Muxtar Dairəsi Dumasında keçirilən müzakirələr zamanı bir sıra deputatlar dairənin yerli əhalisi arasında doğum səviyyəsinin azalmasından və əvəzində miqrant ailələrində, o cümlədən özbək və tacik mənşəli ailələrdə doğulan uşaqların sayının artmasından narahatlıq ifadə ediblər. Bununla yanaşı, regiona miqrant axınının artması ilə bağlı da ciddi narahatlıqlar səsləndirilib.

Cavab olaraq deputat Tağızadə bildirib ki, “gəlmələr müxtəlif olur”. O xatırladıb ki, vaxtilə Yuqra və Tümen vilayətinin bir hissəsi Sibir xanlığının tərkibində olub və bu xanlığın sonuncu hökmdarı Buxara xanlığından çıxmış, özbək mənşəli Şeybanilər sülaləsinə mənsub Küçüm xan olub. Tağızadə ehtimal edib ki, miqrantlar Xantı-Mansı Muxtar Dairəsinə öz tarixi vətənlərinə gəlirmiş kimi üz tuturlar.

Xantı-Mansı parlamentinin sədri Boris Xoxryakov deputatın sözünü kəsərək onu qaydalara əməl etməyə çağırıb. Buna baxmayaraq, Tağızadənin çıxışı internetə sızıb və geniş ictimai rezonansa səbəb olub. İclasın ertəsi günü Xoxryakov Dumanın etika komissiyasının məsələyə baxacağını və Tağızadənin açıqlamalarına qiymət verəcəyini bildirib.

X.Tağızadənin orta əsrlərdə Sibirdə mövcud olmuş türk xanlığı barədə söylədiyi sözlər o qədər güclü qəzəb və etiraz doğurub ki, artıq ertəsi gün o, “VKontakte” sosial şəbəkəsindəki səhifəsində üzr istəməyə məcbur qalıb. Parlament üzvünün sözlərinə görə, o, sadəcə, belə bir təfsiri ehtimal kimi irəli sürüb və bunu fakt kimi təqdim etməyib.

Lakin Azərbaycan əsilli deputatın üzr istəməsi qalmaqalın aradan qaldırılmasına kömək etməyib. Rusiya Dövlət Dumasının Sverdlovsk vilayətindən olan deputatı Maksim İvanov  parlamentin üzvü Xalid Tağızadənin qalmaqallı çıxışını “saxta-tarixi mühazirə” adlandırıb. Onun fikrincə, bu cür bəyanatlar “nümunəvi və sərt şəkildə cəzalandırılmalıdır”. İvanov baş prokuror İqor Krasnova müraciət ünvanlayaraq Xalid Tağızadənin “Yuqra - özbəklərin vətənidir” fikirlərindən sonra onun çıxışlarının yoxlanmasını tələb edib. İvanov vurğulayıb ki, “keçmiş kimya müəlliminin açıq şəkildə saxta tarixə əsaslanan bir mühazirə oxuması” onda ciddi narahatlıq doğurub. O hesab edir ki, bu çıxışda Rusiya Federasiyasının ərazi bütövlüyünün və suverenliyinin pozulması əlamətləri görünə bilər.

Rusiya Liberal Demokrat Partiyasından olan Dövlət Dumasının deputatı Vladimir Sısoyev də “daha sərt addımlar atmağa” çağırıb və baş prokuror İqor Krasnovdan deputat Tağızadənin “etnik ədavətin qızışdırılması və Rusiyanın ərazi bütövlüyünə təhdid” ifadələrinin yoxlanılmasını istəyib. Rusiya Daxili İşlər Nazirliyi də qalmaqala cavab verib və insanlara bu cür bəyanatlara görə hüquqi məsuliyyət daşıdığını xatırladıb.

Xantı-Mansı Muxtar Dairəsinin Duması Rusiya Federasiyası Kommunist Gənclər İttifaqının təsisçilərindən biri X.Tağızadəni regional parlamentin sosial inkişaf komitəsi sədrinin müavini vəzifəsindən azad edib. Bu barədə məlumat regional parlamentin saytında dərc olunub.

Qalmaqaldan sonra deputat jurnalistlərin zənglərinə cavab verməyib və Dumanın iclaslarına qatılmayıb. Siyasi dairələrdə onun ölkəni tərk etdiyi və Azərbaycana gəldiyi barədə məlumatlar yayılıb.

Xalid Tağızadə 1978-ci il noyabrın 15-də Sumqayıt şəhərində anadan olub. O, Krasnoyarsk Dövlət Universitetinin məzunudur. “Kriminalistika kimyası” üzrə ixtisaslaşıb. Eyni zamanda M.F.Reşetnev adına Sibir Aerokosmik Akademiyasının hərbi fakültəsində təhsil alıb. Bir müddət Yuqra şəhərinin Daxili İşlər İdarəsində məhkəmə-tibb eksperti işləyib. 2019-2021-ci illərdə Megion Şəhər Dumasının altıncı və yeddinci çağırışlarının deputatı olub. 2021-ci ildən Xantı-Mansı Muxtar Dairəsi Dumasının deputatıdır. Evlidir, iki övladı var.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 İyul 2025 21:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri