Icma.az
close
up
RU
Menu

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

Beyaz bu tarixdə ekranlara dönür Video

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

Netanyahu bazar ertəsi Trampla görüşəcək

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

Rusiyada azərbaycanlıların qətlinin detalları Qadınlara da işgəncə verilib

Rusiyada azərbaycanlıların qətlinin detalları Qadınlara da işgəncə verilib

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları iyunun 27-də səhər saat 5 radələrində Yekaterinburq şəhərində azərbaycanlılara məxsus 9 mənzilə basqın edib.

Gununsesi.info xəbər verir ki, Teleqraf-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, əməliyyatçılar həmin evlərdən müəyyən əşyaları götürüb, vətəndaşlara işgəncə verib.

Nəticədə iki azərbaycanlı – Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib. İyunun 28-də səhər saatlarında daha bir soydaşımız – öldürülən Səfərov qardaşlarının əmisi oğlu Kamal Səfərov həbsxanada işgəncələrlə qətlə yetirilib.

Meyitlərin bazar ertəsi Bakıya göndəriləcəyi gözlənilir

Mənbənin məlumatına görə, Federal Təhlükəsizlik Xidməti orada yaşayan azərbaycanlılara “istintaq gedir, heç bir məlumat verməyin” deyib hədə-qorxu gəlir.

“Meyitlərin Azərbaycana göndərilməsi ilə bağlı işlər başlayıb. Ehtimal ki, sabah iyunun 29-da meyitlər ailələrinə təhvil veriləcək, birinci gün mərhumların cənazəsi Bakıya göndəriləcək. Qətlə yetirilmiş Səfərov qardaşlarının kiçiyi – Hüseyn Azərbaycan vətəndaşı, böyük qardaşı Ziyəddin isə Rusiya vətəndaşıdır. Ümumilikdə 9 mənzilə basqın olub. Basqın zamanı qadınlara da işgəncə verilib” – mənbə bildirib.

Şəxslərin hamısı Ağdamın Mərzili kəndindəndir

Hadisənin səbəbi 24 il əvvəl baş vermiş qətllə əlaqələndirilib.

Mənbənin bildirdiyinə görə, bu şəxslərin hamısı Ağdamın Mərzili kəndindəndir. Bunların kafesində o vaxt qətl hadisəsi olub. Üstündən 24 il keçəndən sonra, məhz indi bu şəxslərin evinə basqın edərək işgəncə verib onlardan qətli etiraf etmələrini tələb ediblər. Qardaşlar cinayəti üstlərinə götürmədikləri üçün işgəncəyə məruz qalıblar. Hazırda 9 nəfər polisdə saxlanılır.

Xəsarət alanlardan üç nəfər travmatologiya xəstəxanasındadır.

Əldə etdiyimiz digər xəbərə görə, 2001-ci ildə həmin kafedə öldürülən şəxs də Ağdam rayonundan olan azərbaycanlıymış.

Basqın və qətl Azərbaycan diasporuna qarşı olan təzyiqdir

“Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qətlə yetirilməsi, insanların həbsi Azərbaycan diasporuna qarşı olan təzyiqdir”.

Bu fikirləri isə Teleqraf-a açıqlamasında “Hərbi And” qəzetinin baş redaktoru, Səfərov qardaşlarının yaxın dostu Emin Həsənli Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın və qətl hadisəsini şərh edərkən deyib.

O bildirib ki, Ziyəddin və Hüseyn Səfərov qardaşları 35 ilə yaxındır Rusiyada yaşayırlar, onlar Rusiya vətəndaşlarıdır:

“Onlar həm də Azərbaycan diasporunun aktiv üzvü idilər. Vətən müharibəsində ölkəmizə aktiv şəkildə dəstək olurdular. Haqq səsimizi Rusiyaya çatdırmağa çalışırdılar. Bundan başqa, ölkəmizdən Rusiyaya gedən şəxslərə iş tapmaqda yardım edirdilər. Hamısı savadlı, mədəni insanlardı. Hazırda həbsdə olan Bakir Səfərov rus dili müəllimidi. Ziyəddinin 55, Hüseynin isə 60 yaşı var. Ağdamın Mərzili kəndində anadan olublar”.

Emin Həsənli bildirib ki, onların evlərinə basqından dünən xəbər tutub: “Heç bir xəbərdarlıq olmadan evlərə basqın ediblər. Telefonlarını yığıblar. Bakir həmin qüvvələrdən sənəd tələb etsə də, buna məhəl qoymayıblar. Bu, ailəyə yox, Azərbaycan diasporuna qarşı hücumdur”.

Həbs olunanların sayı 70 nəfərə yaxındır

Emin Həsənli deyib ki, bəzi rəqəmlərə görə, həbs olunanların sayı 70-dən çoxdur: “Rusiya mediası yazır ki, guya Hüseynin və Ziyəddinin ürəyi xəstə imiş. Tamamilə yalandır. Daha sonra bildirirlər ki, guya Azərbaycan diasporu arasında konflikt olub, bu da yalandır”.

Emin Həsənli qeyd edib ki, qətlə yetirilən qardaşlardan biri kafe işlədir, digəri isə taksi sürücüsü kimi fəaliyyət göstərirmiş: “Ziyəddinin və Hüseynin hərəsinin 2 oğlu var idi. Ziyəddinin oğlu hüquqşünasıdır. Hazırda özü də bu işlə maraqlanır. Digərləri də ali təhsillidir”.

Baş redaktorun sözlərinə görə, hazırda meyitlərin təhvil alınması, Azərbaycana gətirilməsi yönündə iş gedir: “Dövlətimiz, diasporamız bu istiqamətdə fəaliyyətdədirlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 İyun 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see223

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see188

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see167

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see162

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see154

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see148

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see146

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see146

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see146

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see144

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see140

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see138

Alətsiz effektiv hərəkətlər və ya evdə fitnes mümkündürmü?

26 Dekabr 2025 16:14see136

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see132

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see130

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see130

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see129

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see129

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri